Icma.az
close
up
RU
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?

Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?

Icma.az, Reyting.az saytına istinadən bildirir.

“Prezident İlham Əliyevin son müsahibəsində Fələstin məsələsinə münasibəti, Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini deməsi ölkəmizdə əksər şəxslərin rəyini ifadə edir. İlk olaraq Azərbaycanın bu bölgəyə sülhməramlı qüvvələr göndərməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında həyata keçirilməlidir. Eyni zamanda bölgədə təhlükəsizlik məsələləri təmin edilməlidir, yəni hər iki tərəf - İsrail və HƏMAS prosesə hazır olmalıdır. Bu halda ərazidə sülhməramlılar normal fəaliyyət göstərə bilərlər. İndiki şərtlərlə bölgədə sülhməramlı qüvvələrin normal fəaliyyəti mümkünsüzdür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi analitik Oqtay Qasımov Azərbaycan Respublikası Prezidentinin ötən gün yerli mediaya müsahibəsi zamanı Fələstin məsələsində mövqeyini şərh edərkən deyib.

O. Qasımov xatırladıb ki, Qəzzada atəşkəs rejimi mövcud deyil, tərəflər arasında ziddiyyətlər qalmaqdadır. Azərbaycan isə öz hərbçilərini münaqişənin davam etdiyi bölgəyə göndərməklə onların həyatını riskə atmış olar. Bu baxımdan dövlət başçısının mövqeyi tam doğrudur.

“Azərbaycan dövlətinin həm İsrail, həm də Fələstinlə normal münasibəti var. Burada incə məqam odur ki, Azərbaycan özü çətin vəziyyətlə üzləşdiyi zamanlarda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycana dəstək verilsə də, bunlar deklarativ bəyanatlar olub və real dəstəkdən söhbət getməyib. O cümlədən Fələstin də Azərbaycanı müdafiə etməyib. Əslində bu, çox doğru bir təsbit idi və Azərbaycan cəmiyyətinin böyük bir qisminin bilmədiyi məsələdir. Xüsusilə də, bütün məsələlərə İslam həmrəyliyi prizmasından baxan bizim cəmiyyətin müəyyən bir kəsimi üçün mesaj sayıla bilər. Digər tərəfdən, Fələstin məsələsinin ərəb dünyasının məsələsi olduğunu vurğulamaqla, dövlət başçısı həm Azərbaycan cəmiyyətinə, həm də digər dövlətlərə mesaj vermiş oldu. Məncə, bu mesaj ondan ibarətdir ki, 1948-ci ildən sonra 20-dən artıq ərəb dövləti bu məsələnin həllinə real dəstək vermirsə, bu problemə ciddi yanaşmırsa, o zaman digərlərinin bu prosesdə iştirakı ciddi nəticəyə verməyəcək. Haqlı olaraq qeyd edilir ki, bu məsələnin həlli daha çox ərəb dövlətlərindən asılıdır”,- analitik qeyd edib.

Oqtay Qasımov

O. Qasımovun sözlərinə görə, indiki format işlək mexanizm deyil: “Əgər ərəb dövlətlərinin hamısı eyni mövqedən çıxış etsəydilər, bəlkə də Fələstin məsələsində normal vəziyyət yaranardı. Real iş olmadığı, sadəcə deklarativ bəyanatlar olduğu üçün proses hazırki mərhələyə çatıb”.

Siyasi analitik hesab edir ki, Azərbaycan prezidentinin toxunduğu məsələ vacib idi və cəmiyyətimizdə rossional düşünən kəsimin fikirlərinin ifadəsidir. Bu kəsim isə çoxluq təşkil edir. “Biz Fələstin məsələsinin həllindən yanayıq, onun səfirliyinin fəaliyyətinə şərait yaratmışıq. Amma indiki vəziyyətdə Azərbaycanın Qəzzaya hərbçi göndərməsi doğru olmazdı. Bu məsələ ilə beynəlxalq təşkilatlar, ilk növbədə ərəb dünyası məşğul olmalıdır”.

Nemət ORUCOV

Reyting.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri