Icma.az
close
up
RU
Türk əsgəri Qəzzada olacaq? Ərdoğan cavabladı

Türk əsgəri Qəzzada olacaq? Ərdoğan cavabladı

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə lideri ABŞ ilə Həmas arasında aparılan atəşkəs və sülh danışıqlarına dair önəmli mesajlar verib.

Ərdoğan bildirib ki, Şarm əl-Şeyxdə keçirilən görüşlər bu proses üçün həlledici əhəmiyyət kəsb edir və o, oradan çıxacaq nəticəni diqqətlə izlədiklərini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə bütün sülh təşəbbüslərini dəstəkləyir, lakin eyni zamanda bütün mümkün variantları nəzərdə tutaraq ehtiyatlı davranır.

“Əsas prioritetimiz — təxirəsalınmaz və genişmiqyaslı atəşkəsin təmin edilməsi, humanitar yardımların fasiləsiz çatdırılması və Qəzzanın infrastrukturu məhv edilmiş vəziyyətdən çıxarılaraq yenidən qurulmasıdır. Qəzza  Fələstin xalqının öz torpağında qalması və idarəçiliyin onlara verilməsi çox önəmlidir”, -deyə o qeyd edib.

Jurnalistlərin “Barış Şurası və Beynəlxalq Sabitlik Qüvvəsi çərçivəsində Türkiyənin iştirak edib-etməyəcəyi, yəni Türk hərbçilərinin Qəzzada olub-olmayacağı ilə bağlı sualına Ərdoğan belə cavab verib:“Təhlükəsizlik məsələsi və sabitliyin necə qurulub fəaliyyət göstərəcəyi detallı şəkildə qiymətləndirilə bilər. Biz Şarm əl-Şeyxdəki müzakirələri çox önəmli hesab edirik,  orada həm də MİT rəhbərimiz də iştirak edir. Oradan çıxacaq nəticə böyük əhəmiyyət daşıyır. Hər cür səylərə dəstək verərik’deyərkən bütün ehtimalları nəzərə alaraq bunu demişəm”.

Ərdoğan əlavə edib ki, Türkiyə həm ABŞ-nin barış təşəbbüsünü, həm də Həmasla aparılan danışıqları yaxından izləyir və Həmasla da davamlı əlaqədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see473

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see328

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see232

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see225

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see225

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see198

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see197

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see194

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see188

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see187

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see179

Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb

12 İyun 2026 01:16see177

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see171

DÇ 2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

12 İyun 2026 01:09see168

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see166

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see165

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see164

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see161

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see160

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri