Icma.az
close
up
RU
Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur

Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

26 İyun - Silahlı Qüvvələr Gününü Azərbaycan xalqı artıq beş ildir ki, qalib millət, qalib dövlət kimi qeyd edir. Təbii ki, bu Zəfərə görə hər birimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində, keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan ordusu düşməni məhv edərək, 30 il işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.Ölkəmizin ərazi bütövlüyümüzü, suverenliyibərpa edildi.

107 il öncə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə rəhbərlik edənlərin bacarıqsızlığı, səriştəsizliyi və xəyanəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu, ölkə vətəndaş qarşıdurması ilə üz-üzə qaldı, Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi yarandı. Belə çətin, ağır bir zamanda xalqın istəyi, arzusu, təkidlı tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə nizami ordu quruculuğu prosesini reallaşdırmaq və eyni zamanda ölkədə sabitliyə nail olmaq üçün 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı və bununla da bu proses daha da sürətləndi.

Ümummmilli liderimiz Heydər Əliyev hələ Sovet dönəmində də ölkəmiz üçünmisli görülməmiş xidmətləri olmuşdur. Bunlardan ən mühümü 1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılmasını qeyd etmək olar.

Ulu öndər siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Ordusu tamamilə yeni mərhələyə qədəm qoydu.

Prezident, Ali Baş Komandan,cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması,şəxsi heyyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, silahlı qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.Məhz bu ali diqqət və qayğının nəticəsidir ki,bu gün Azərbaycan Silahlı Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə - Qarabağ Zəfəri Ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və daha da mütəşəkkilləşir.

Bugünkü müstəqil qalib Azərbaycan, onun qüdrətli ordusu məhz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə nizami ordunun təməlini qoyan Heydər Əliyevin görmək istədiyi kimidir.

Qalib xalq olaraq qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qüdrətli ölkəmizlə, tarixi Zəfəri bizə bəxş edən Prezidentimiz İlham Əliyevlə, rəşadətli ordumuzla fəxr edirik.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri