Icma.az
close
up
RU
Qalib Azərbaycan əsgərinin Moskva keçidi

Qalib Azərbaycan əsgərinin Moskva keçidi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qarabağ Zəfərinin Rusiyanın baş meydanında əks-sədası

Hələ də Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradında yenilməz Azərbaycan Milli Ordusunun 80 nəfər hərbçisinin Türk marşı ilə təntənəli keçidinin təəssüratı könüllərimizi duyğulandırır. Rusiya Prezidenti Vladimir Putinin qəbul etdiyi həmin parada 13 ölkənin silahlı qüvvələri çıxmışdı və 27 ölkənin liderləri, müdafiə nazirliklərindən nümayəndə heyətləri keçidləri izləyirdilər.

Dün gedənlər mərdcə getdi, 
Nə xoşca qal, nə əlvida! 
Sıra mənə gəldi çatdı, 
Vətən, sənə canım fəda! 

Vətənin oğul dediyi “Komando” cəngavərlərimiz polkovnik-leytenant Samiq Məmmədovun rəhbərliyi ilə meydandan şəstlə keçərək, hər birimizə hədsiz iftixar duyğuları yaşatdılar. Tam əminik ki, Qarabağ və Şərqi Zəngəzurda 44 günlük Vətən müharibəsində misilsiz Zəfər qazanmış Azərbaycan Ordusunun mətin addım sədaları dünyanın qulaqlarından uzun müddət getməyəcək. 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev 80 illik parada dəvət olunsa da, ora getmədi. AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat-istintaq tədbirləri aparılmaması, bir müddət əvvəl Azərbaycanın media resurslarına kiberhücumların Rusiyadan edildməsinin təsdiqlənməsi, Milli Məclisin deputatı Azər Badamovun Moskva aeroportunda saxlanılaraq deportasiya olunması kimi xoşagəlməz olayların müqabilində Azərbaycan rəhbərinin belə bir qərarı hamılıqla təqdir edildi. 

Eyni zamanda, cəmiyyət arasında hərbçilərimizin Qırmızı meydana getməli olmadıqları ilə bağlı bəzi subyektiv fikirlər də səslənirdi ki, paradda igidlərimizin məğrur keçidinin, Türk marşının dalğa-dalğa ətrafa yayılmasının yaratdığı möhtəşəm assosiasiya bu iddiaları tamamilə heçə çıxardı. Hələ paraddan öncə düzənlənən məşq prosesində Azərbaycan əsgərinin gur səslərinin Moskva küçələrində polifonik bir prelüdiya kimi geniş əks-səda verdiyi də qeyd olunmalıdır. Sosial şəbəkə seqmentində yayılan videokadrlara çox sayda “Maşallah”larla rəylər yazılması isə bir başqa zövq idi. 

Onu da vurğulayaq ki, paradda iştirak edən MDB dövlətləri arasında torpağını işğalçılardan təmizləmiş ordusu ilə təmsil olunan yeganə qalib ölkə Azərbaycan idi və keçidə postsovet respublikaları sırasından 1-ci buraxılmışdı. Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan hərbçiləri... yalnız bizimkilərdən sonra keçid etdilər. Başqa sözlə desək, alman faşizmi üzərində qələbənin 80 illik paradında rus ordusunun aşkar-gizli himayədarlıq etdiyi erməni faşizmini diz çökdürməsinin 5 illik qürurunu yaşayan Azərbaycan xüsusi təyinatlılarının mətin addımlarla keçidinin özünəməxsus rəmzi mənası vardı. Bu, Silahlı Qüvvələrimizə xas cəngavərlik mentalitetinin nümayişi idi. Marş sədaları ilə bir ahəngdə vuran bu addımlar ən keçilməz sədləri belə arxada qoymaq qüdrətini nidalayırdı.

Müzəffər Ali Baş Komandanımızın hələ Vətən müharibəsindən əvvəl səsləndirdiyi “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” – deyiminin, hərbi anda dönməz sədaqətin əyani sübutu idi bu görüntülər. Şair demişkən, Azərbaycan oğlunun tətik sıxan barmağı təntiyən yerin-göyün güman ilmələrini misra-misra sökürdü... 

Bəli, 80 il əvvəl nasist Almaniyasını məğlub edən babaları Qırmızı meydandan keçmiş igidlərimiz indi özləri faşist Ermənistanını diz çökdürüb buraya gəlmişdilər. Elə seyrçilər arasından döyükə-döyükə baxan Paşinyan Nikol Vovayeviç nə kol tapırdı gizlənsin, nə də sanki “Vay, dədə” deməkdən özünü saxlaya bilirdi. Çünki onun əsgərlərindən fərqli olaraq qalib Azərbaycan əsgəri qətiyyətlə oxuyurdu:

Sənin bir çağrınla ölmək,
O qanlı bağrında ölmək,
Şərəfdir uğrunda ölmək
Vətən, sənə canım fəda!..

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri