Icma.az
close
up
RU
Azərbaycan əsilli iş adamı ABŞ Prezidentinin Yaxın Şərq səfərində yer aldı

Azərbaycan əsilli iş adamı ABŞ Prezidentinin Yaxın Şərq səfərində yer aldı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Dara Xosroşahi yalnız texnologiya və biznes sahəsində deyil, sosial sahələrdə də fəal mövqedədir. İki dəfə evlənib və dörd övladı var”

 ABŞ Prezidenti Donald Trampın üç ərəb ölkəsinə etdiyi səfərdə onu müşayiət edənlər arasında texnologiya dünyasının tanınmış simaları ilə yanaşı, azərbaycanlı iş adamı Dara Xosroşahi də yer alıb.

“Uber” şirkətinin baş icraçı direktoru kimi Xosroşahi səfər zamanı Trampın bir sıra görüşləri və rəsmi ziyafətlərində iştirak edib. Onun bu səfərlərdə iştirakı yalnız texnologiya sahəsindəki nüfuzunu deyil, həm də qlobal siyasi əlaqələrdəki çəkisini göstərir.

Qeyd edək ki, 56 yaşlı Dara Xosroşahi ABŞ-nin ən tanınmış və nüfuzlu iş adamlarından biridir. Hazırda isə "Uber" şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsini icra edir. O, 2024-cü ilin dekabrında keçirilən andiçmə mərasimində Prezident Trampın yanında texnologiya sektorunun digər nəhəng rəhbərləri ilə birgə iştirak edib və həmin mərasim fonduna 1 milyon dollar ianə edib. Bu addım onun siyasi münasibətləri biznes maraqları ilə uzlaşdırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Onun həyat yolu, İran İslam İnqilabından sonra ABŞ-yə mühacirət etməsi və texnologiya sektorunda qazandığı uğurlarla diqqət çəkir. Xosroşahi "Uber"in 70-dən çox ölkədə fəaliyyət göstərən biznesini idarə edir və texnologiya sahəsində qlobal liderlərdən biri hesab olunur. Onun Trampın Yaxın Şərqə etdiyi üç ölkə səfərində iştirak etməsi və rəsmi ziyafətlərdə yer alması bu nüfuzlu iş adamının təkcə texnologiya deyil, həm də siyasi münasibətlərdə önəmli fiqur olduğunu göstərir.

Təsadüfi deyil ki, 2024-cü ilin dekabrında keçirilən andiçmə mərasimində ABŞ Prezidenti Donald Trampın yanında texnologiya dünyasının bir çox nəhəngləri ilə yanaşı, azərbaycanlı iş adamı Dara Xosroşahinin də adı hallandırdı.

Azərbaycan əsilli iş adamı: Dara Xosroşahinin uğur hekayəsi

Məlumat üçün bildirək ki, Dara Xosroşahi 1969-cu il mayın 28-də Tehranda, Azərbaycan əsilli, varlı və nüfuzlu bir ailədə dünyaya gəlib. Ailəsi Təbriz yaxınlığında yerləşən Xosroşah şəhərindəndir. Onlar uzun müddət İran və Yaxın Şərqdə tanınan “Minu Industrial Group” və “Alborz Investment Company” kimi iri biznes strukturlarını idarə ediblər. Lakin 1978-ci ildə baş verən İran İslam İnqilabı ailənin həyatını kökündən dəyişdi – əvvəlcə Fransaya, sonra isə ABŞ-yə mühacirət ediblər. ABŞ-də "Hackley School"da orta təhsil alan Dara, 1991-ci ildə Broun Universitetindən elektrik mühəndisliyi ixtisası üzrə məzun olub. Onun texnologiyaya olan marağı və strateji idarəetmə bacarıqları tezliklə biznes dairələrində tanınmağa başlayıb.

Peşəkar karyerasına "Allen & Company" investisiya bankında analitik kimi başlayan Xosroşahi, sonradan Barri Dillerin rəhbərlik etdiyi "USA Networks" və IAC kimi nəhəng şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. 2005-ci ildə "Expedia"nın baş direktoru təyin olunaraq, şirkəti qlobal miqyasda genişləndirməyə nail oldu. 2017-ci ildə isə texnologiya sektorunun ən çətin və səs-küylü CEO vəzifələrindən birinə – "Uber"ə rəhbər gətirilib.

"Uber"in keçmiş rəhbərliyi dövründə formalaşan mübahisəli şirkət mədəniyyəti və ictimai tənqidlər Dara Xosroşahini ciddi islahatlara sövq edib. O, "Uber"in daxili dəyərlərini yenidən formalaşdıraraq “doğru olanı etmək” və “müştəri yönümlülük” kimi prinsipləri ön plana çıxardı. Onun rəhbərliyi ilə 2019-cu ildə "Uber" ilk dəfə olaraq IPO (birja listinqi) həyata keçirib – bu, texnologiya sektorunda böyük dönüş nöqtəsi hesab olunur.

Onun "Uber"dəki rəhbərliyi, şirkətin mədəniyyətini dəyişdirmək və daha etik bir iş mühiti yaratmaq istiqamətində atdığı addımlarla yadda qalır.

Sosial fəallıq və ailə həyatı

Dara Xosroşahi yalnız texnologiya və biznes sahəsində deyil, sosial sahələrdə də fəal mövqedədir. İki dəfə evlənib və dörd övladı var.

Xosroşahi, 2012-ci ildə həyat yoldaşı Sidney Sapiro ilə evlənib. Onların əkiz oğullarına autizm spektr pozuntusu ilə diaqnoz olunub və bu, onun autizm mövzusunda ictimai maarifləndirmə işlərinə yönəlməsinə səbəb olub. Eyni zamanda, mühacirət və məcburi köçkünlük məsələlərinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə fəallıq göstərir.

O, həmçinin ABŞ-nin immiqrasiya siyasətinin tənqidçilərindən biridir və daha inklüziv və empatik yanaşmanın tərəfdarıdır. Dara, İran İslam İnqilabı zamanı hələ 9 yaşı olarkən ölkəsini tərk etmək məcburiyyətində qaldığı üçün, dünyada baş verən böhranlarda məcburi köçkünlər və qaçqınlarla bağlı məsələlərə böyük həssaslıqla yanaşır və bu sahədə fəal fəaliyyət göstərir.

Əslində, Dara Xosroşahinin ABŞ siyasətinə münasibəti birmənalı deyil. O, Donald Trampın prezidentliyi dövründə, xüsusilə də müsəlman ölkələrinə qarşı tətbiq olunan səyahət qadağasına sərt şəkildə qarşı çıxıb. 2017-ci ildə rəhbəri olduğu "Expedia", "Amazon" və "Microsoft" ilə birgə bu qadağaya qarşı məhkəmə iddiası qaldırdı və bu siyasətlərin ABŞ-nin demokratik dəyərlərinə uyğun olmadığını bildirib.

Bununla belə, 2024-cü ilin dekabrında Trampın andiçmə mərasimi fonduna 1 milyon dollar ianə etməsi suallar doğurub. Media və ictimai dairələrdə bu addım onun biznes maraqları naminə siyasi münasibətləri balanslaşdırmaq cəhdi kimi qiymətləndirilib. Hətta 2025-ci ilin fevralında Trampın sürücülərin aldığı bəxşişlərə tətbiq olunan vergilərin ləğvi təşəbbüsünü dəstəkləməsi, "Uber" sürücülərinin rifahını önə çəkməsi ilə izah edilib.

2025-ci ilin aprel ayına olan məlumata görə, Dara Xosroşahinin şəxsi sərvəti təxminən 134 milyon ABŞ dolları təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri