Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Azərbaycan əsilli Pakistan rəssamı

Azərbaycan əsilli Pakistan rəssamı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan əsilli Pakistan rəssamı Səba Qızılbaş 1977-ci ildə Lahorda Qızılbaş ailəsində anadan olub. Qeyd edək ki, Azərbaycan əsilli Pakistan Qızılbaşları 18-ci və 19-cu əsrdən Lahor, Pişəvər, Karaçi və Kəşmir kimi çağdaş Pakistan dövlətinə aid bölgələrdə yaşayırlar. Səba Qızılbaş xanımın əcdadları Nadir şahın Hindistana yürüşündə iştirak etmiş, zəfərdən sonra orada mühüm hakim vəzifələrə təyin olunmuşdular. 1947-ci ildə Hindistanın bölünməsi zamanı orada yaşayan bir çox Qızılbaş ailəsi kimi, Səba xanımın ailəsi də Pakistan vətəndaşlığını seçmiş, Karaçi, Lahor və digər böyük şəhərlərdə məskunlaşaraq yeni bir həyat qurmuşdular.

Soydaşımız Qızılbaş xanım dünyaca məşhur rəssam və incəsənət müəllimidir. Səba Qızılbaş, Lahor Milli İncəsənət Kollecində Rəssamlıq üzrə BFA və ABŞ-ın RISD-dən İncəsənət Təhsili üzrə Magistr dərəcəsinə sahibdir. O, 2022-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin Ruskin İncəsənət Məktəbindən Təsviri İncəsənət Magistri dərəcəsi alıb, Oksford Universitetində fərqlənmədən başqa, "Azərbaycan və Pakistan" mədəniyyətinə həsr etdiyi dissertasiyasına görə həm Mansfield-Ruddock, həm də Pembroke Embery mükafatını qazanıb. Onun işi Oksford, Nyu-York, Dubay, Honq-Konq, San-Fransisko, eləcə də Pakistanda, o cümlədən bir neçə solo təqdimatda nümayiş etdirilib.

Berkli Kaliforniya Universitetində Cənubi Asiya İncəsənət Təşəbbüsü təşkilatının dəstəyi ilə hər il münsiflər heyətinin seçdiyi şəxslər incəsənət və memarlıq üzrə dissertasiya mükafatı və rəssamlıq mükafatı ilə təltif edilir. 2022-ci ildə Cənubi Asiya rəssamlıq mükafatının qalibi məhz Pakistandan olan soydaşımız Səba Qızılbaş olmuşdur. Soydaşımız həmçinin 2023-cü ildə Nigaah İncəsənət Mükafatı - Üstün Rəsm Mükafatının qalibi olub.

Sevindirici haldır ki, Səba xanım dissertasiyasının bir fəslini Bakıya, Azərbaycana səfərə, Azərbaycan və Pakistan mədəni əlaqələrinin inkişafına həsr edib.

Aşağıda təqdim olunan fotolar onun Azərbaycan və Pakistan dostluğuna həsr etdiyi dissertasiya işinə aid rəsmlərdir. Səba xanım Qızılbaş bu əsərinə "Bakıdan Multana" adını vermişdir.

Azərbaycan və Pakistan arasındakı tarixi-mədəni birliyin simvollarından biri də Multan karvansarasıdır. Bu karvansara ticarət yollarının qovşağında yerləşməklə yanaşı, həm də tarixi bağların və mədəni mübadilənin canlı şahididir. Multan Pakistan şəhəridir, Bakıda bu adla 14-cü əsrə aid "Multan karvansarası" vardır. Multan şəhərindən gələn tacirlər və karvan yolçuları tərəfindən "Multan karvansarası"nın əsası qoyulmuşdur.

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə "ATV" kanalında verdiyi müsahibəsində belə qeyd edirdi: "Həqiqətən də Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır, Bakının mərkəzində Multan karvansarasının olması, Pakistanda Qızılbaşlar, Əfşarilər və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir".

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf Bakı səfərində, bu karvansaranı ziyarət etmiş və karvansaraya hədiyyələr bağışlamışdır. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları" yazılıb.

"Bakıdan Multana" əsərində əks olunan Bakının ecazkar mənzərələri, neft buruqları və İçərişəhərin qədim divarları və sair keçmişlə bu günün dialoqunu yaradır, şəhərin ruhunu fırça izlərində canlandırır.

Səba Qızılbaşın "Bakıdan Multana" adlı təsirli əsəri Oksford Universitetinin idarə heyətinin diqqətini çəkmiş, nəticədə bu sənət nümunəsi Universitetin Mansfield Kollecinin Muzeyinin daimi kolleksiyasına daxil edilərək sərgilənməyə başlamışdır.

Səba xanım Qızılbaşla söhbətimizdə qeyd edirdi ki, ailəsi ilə birlikdə 2017-ci ildə Azərbaycanı səyahət etmiş, xüsusilə Bakı və Qobustanın zəngin tarixi-memarlıq abidələrinə heyran qalmış, Qubanın füsunkar təbiətində isə sakitliyin və gözəlliyin dərin izlərini tapmışdı. Səba xanım sözünə davam edərək bildirdi ki, əcdadlarının Vətəni olan Azərbaycanda olmaq onun üçün yalnız bir səfər deyil, köklərinə qayıdış, mənəvi bir görüş idi. Pakistan və Azərbaycan – iki bayraq, bir ürək, sonsuz dostluq! Mədəniyyətimizlə dünyaya birlik nümunəsi göstəririk!

Vahid İbayev

Sumqayıt Dövlət Universitetinin tələbəsi, Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri