Azərbaycan əsilli şəxsin hesabına 21,8 milyard dollar köçdü
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Azərbaycan əsilli Türkiyə vətəndaşı Əhməd Cahanqard Takalo mağazada alış-veriş edərkən böyük bir sürprizlə qarşılaşıb.
Yeniavaz.com “Haberler.com” portalına istinadla xəbər verir ki, təxminən 10 il əvvəl Türkiyəyə köçən Takalo Van şəhərindəki bir mağazada alış-veriş edərkən bank kartı işləmədiyi üçün ən yaxın bank filialına gedib.
32 yaşlı Takalonun hesabı yoxlandıqda onun hesabında mənşəyi məlum olmayan 999 milyard 999 milyon 999 min 999 lirə və 99 quruş olduğu aşkar edilib. Bu böyük məbləğin aşkarlanmasından sonra onun hesabları dondurulub.
Təxminən 21,8 milyard dollara bərabər olan bu məbləğ nəzəri olaraq Takalonun dünyanın ən varlı 120 insanı arasında 116-cı yerdə qəraralaşmasına səbəb olub.
Takalo hadisə ilə əlaqədar bankdan məlumat istəyib, lakin bank davam edən istintaqla əlaqədar detalların açıqlanmadığını bildirib.
Təxminən bir aydır ki, hesablarına daxil ola bilmədiyini deyən Takalo problemin ən qısa bir vaxtda həll olunacağına ümid etdiyini bildirib.
Hadisə ilə bağlı istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:Hesabına 21,8 milyard köçüb, istifadə edə bilmir
03 İyun 2026 15:58
Azərbaycan əsilli deyiləm, amma...
05 May 2025 12:20
Azərbaycan əsilli Pakistan rəssamı
06 May 2025 09:15
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir
11 Dekabr 2025 15:49
Azərbaycan əsilli rejissor Kann qalibidir
30 May 2025 10:00
Baxış sayı:104
Bu xəbər 03 İyun 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















