Icma.az
close
up
RU
“Azərbaycan fərqli yol seçib” Kəmaləddin Qafarov yazır...

“Azərbaycan fərqli yol seçib” Kəmaləddin Qafarov yazır...

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi əhəmiyyət daşıyır.”

Gununsesi.info xəbər verir ki, bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.

Onun fikrincə, xarici diplomatların bölgədəki reallıqları yerində görməsi baxımından əlamətdar olan bu səfərin Ermənistan cəmiyyətinin müəyyən dairələrində qıcıq yaratması isə təsadüfi deyil. “Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların ölkənin istənilən bölgəsinə səfər etməsi təbiidir. Buna görə həmin səfəri hədəfə alan, diplomatları təzyiq və linç ritorikası ilə qarşılayan kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərir. Belə yanaşma Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir”.

Millət vəkili diplomatların gördükləri mənzərənin Ermənistanın illərlə formalaşdırdığı saxta təsəvvürlərin tam əksi olduğunu qeyd edib: “Şuşada, Xankəndidə və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri, Zəfər Parkı ilə tanışlıq bölgənin bu gün necə dəyişdiyini göstərib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin taleyi bu baxımdan xüsusilə diqqətçəkəndir. Gəncəsər və Xudavəng monastırlarına baxış isə Ermənistanda ayrıca narazılıq yaradıb. Azərbaycan ərazisindəki tarixi irsin siyasi iddialarla mənimsənilməsi mümkün deyil. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu tarix elminə məlumdur. Bu irsin inkar edilməsi tarixə rasist yanaşmadır. Daha paradoksal olan Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərini inkar etməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər abidələrin dağıdılması faktları fonunda Qarabağdakı ayrı-ayrı abidələr üzərində müstəsna iddia irəli sürülməsi açıq ikili standartdır. Tarixi irsin qorunmasının yolu onu siyasi məqsədlərlə saxtalaşdırmaq deyil, obyektiv araşdırmaqdır. Baş verənlər Ermənistanın sülh gündəliyinə yanaşmasını da sual altına alır. Hakimiyyətə yaxın resurslarda yayılan kampaniya və parlament rəhbərinin qəbuledilməz açıqlamaları revanşist ritorikanın gücləndirildiyini göstərir.

Sülh haqqında danışarkən Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir. Azərbaycan isə fərqli yol seçib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam edir, xarici nümayəndələr bölgəyə dəvət olunur və reallıqları yerində görmələrinə şərait yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti həqiqəti gizlətmək deyil, onu beynəlxalq ictimaiyyətə göstərməkdir. Ermənistanın revanşist dairələrini narahat edən də budur: Qarabağın bugünkü gerçəklikləri Azərbaycanın suverenliyini və tarixi həqiqəti təsdiqləyir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Sentyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri