Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Azərbaycan fərqli yol seçib”

Kamaləddin Qafarov: “Azərbaycan fərqli yol seçib”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi əhəmiyyət daşıyır.”

“Yeni Sabah” xəbər verir ki, bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.

Onun fikrincə, xarici diplomatların bölgədəki reallıqları yerində görməsi baxımından əlamətdar olan bu səfərin Ermənistan cəmiyyətinin müəyyən dairələrində qıcıq yaratması isə təsadüfi deyil. “Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların ölkənin istənilən bölgəsinə səfər etməsi təbiidir. Buna görə həmin səfəri hədəfə alan, diplomatları təzyiq və linç ritorikası ilə qarşılayan kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərir. Belə yanaşma Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir.” Dominos pizza

Millət vəkili diplomatların gördükləri mənzərənin Ermənistanın illərlə formalaşdırdığı saxta təsəvvürlərin tam əksi olduğunu qeyd edib: “Şuşada, Xankəndidə və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri, Zəfər Parkı ilə tanışlıq bölgənin bu gün necə dəyişdiyini göstərib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin taleyi bu baxımdan xüsusilə diqqətçəkəndir.

Gəncəsər və Xudavəng monastırlarına baxış isə Ermənistanda ayrıca narazılıq yaradıb. Azərbaycan ərazisindəki tarixi irsin siyasi iddialarla mənimsənilməsi mümkün deyil. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu tarix elminə məlumdur. Bu irsin inkar edilməsi tarixə rasist yanaşmadır. Daha paradoksal olan Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərini inkar etməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər abidələrin dağıdılması faktları fonunda Qarabağdakı ayrı-ayrı abidələr üzərində müstəsna iddia irəli sürülməsi açıq ikili standartdır. Tarixi irsin qorunmasının yolu onu siyasi məqsədlərlə saxtalaşdırmaq deyil, obyektiv araşdırmaqdır. Baş verənlər Ermənistanın sülh gündəliyinə yanaşmasını da sual altına alır. Hakimiyyətə yaxın resurslarda yayılan kampaniya və parlament rəhbərinin qəbuledilməz açıqlamaları revanşist ritorikanın gücləndirildiyini göstərir.

Sülh haqqında danışarkən Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir. Azərbaycan isə fərqli yol seçib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam edir, xarici nümayəndələr bölgəyə dəvət olunur və reallıqları yerində görmələrinə şərait yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti həqiqəti gizlətmək deyil, onu beynəlxalq ictimaiyyətə göstərməkdir. Ermənistanın revanşist dairələrini narahat edən də budur: Qarabağın bugünkü gerçəklikləri Azərbaycanın suverenliyini və tarixi həqiqəti təsdiqləyir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri