Icma.az
close
up
RU
Azərbaycan fevralda Türkiyəyə qaz nəqlini 13 % artırıb

Azərbaycan fevralda Türkiyəyə qaz nəqlini 13 % artırıb

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə ümumilikdə 1 milyard 671,86 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 1,1 % çoxdur.

Bu ilin fevral ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 876,47 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 13 % çoxdur.

Bununla da fevralda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,62 %-i Azərbaycanın payına düşüb.

Ümumilikdə isə bu ilin yanvar-fevral aylarında Türkiyə 12 milyard 851 ,9 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur. Təkcə fevralda isə Türkiyə ümumilikdə 6 milyard 433,02 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da bir il öncəki göstəricisi ilə müqayisədə 16,64 % çoxdur.

Fevralda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Rusiyadan Türkiyəyə 2 milyard 410,57 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 12,58 % azdır. İkinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə fevralda Türkiyəyə 2 milyard 019,92 milyon kubmetr qaz nəql edib. İl ərzində ABŞ-dən Türkiyəyə qaz nəqli 2,04 dəfəartıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri