Icma.az
close
up
RU
Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 9 milyard 470,87 milyon kubmetr təbii qaz ixrac edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 10 % çoxdur.

Ötən ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,56 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 40,29 % çoxdur.

Bununla da oktyabr Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,52 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Türkiyə Azərbaycandan 718,91 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə oktyabrda Türkiyə ümumilikdə 3 milyard 952,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 17,69 % çoxdur.

Oktyabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 10-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 711,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 13,84 % azdır.

Oktyabrda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 866,31 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin oktyabr ayı ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 6,75 dəfə artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Yanvar 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri