Icma.az
close
up
RU
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” yeni nəşr

“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” yeni nəşr

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 fevral, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” adlı kitabı nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan folklor düşüncəsi ənənəvi və müasir baxışlardan təhlil edilir. Əsər folklorun dərin köklərini, inkişafını və müasir dövrə təsirini araşdırır, nəzəri və praktiki aspektlərdə zəngin təhlillər təqdim edir. Tədqiqatda Azərbaycan folklorunun müxtəlif aspektləri olan dastan düşüncəsi, Tanrıçılıq görüşləri, ulusal dəyərlər, ailəçilik ənənələri, mifoloji obrazlar və Xeyir-Şər ideyaları kimi mövzular müxtəlif bölmələrdə müzakirə edilir. Həmçinin folklorşünaslıqda janrların araşdırılması və folklor düşüncəsinin müasir tələblərlə əlaqəsi də diqqətə çatdırılır.

Kitabın ilk bölmələrində Azərbaycan xalqının qədim mifoloji düşüncə tərzini təmsil edən əhəmiyyətli əsərlər, “Kitabi-Dədə Qorqud” dastanı təhlil edilir. Dastanın strukturunda və alt qatlarında Tanrıçılıq görüşlərinin, mifoloji və sosial dəyərlərin necə qorunduğu göstərilir. Kitabda aşıq sənətinə, xüsusilə də “Azərbaycanın aşıq sənəti ulusal dəyərimiz kimi” adlı araşdırmaya diqqət yetirilir. Burada sazın səsində əcdadın təbiətə yaxınlığı, aşıq musiqisinin dərin mənaları və folklor janrlarının zamanla dəyişməsi araşdırılır.

Nəşrin digər bölmələrində milli dəyər anlayışı “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında açılır. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Xeyir və Şər obrazları vasitəsilə çatdırılan ideyalar, bütün bunların türk xalqının xarakteri ilə əlaqəsi və mifoloji düşüncədən bədii ədəbiyyata keçid vurğulanır.

Kitabda Nəsimi və Füzulinin yaradıcılığı da əhatə edilir. Nəsimi yaradıcılığında mifoloji obrazların yüksək ədəbi ifadəsi, Füzulinin qəzəllərində isə mifoloji obrazların çoxçalarlılığı onun yaradıcılığının genişliyini və emosional zənginliyini ortaya qoyur. Xüsusilə Od obrazının mifoloji mahiyyəti təhlil olunur.

Həmçinin kitabda Seyid Əzim Şirvaninin poeziyasında folklor və mifoloji duyumun zənginləşməsi, Aşıq Ələsgərin əsərlərində Dədə Qorqud ənənəsinin yaşatılması qeyd edilir.

“Molla Nəsrəddin” karikaturalarındakı folklor elementləri və İblis obrazının Hüseyn Cavidin “İblis” pyesində simvolik mənası da araşdırılır. Kitabda əlavə olaraq, folklorun müxtəlif dövrlərdəki inkişafı, “Folklorda Cümhuriyyət hadisələri”, “Şirvan aşıq mühiti və repressiya”, “Cəfər Cabbarlı: xalq ruhundan güc alan həqiqət axtarışları”, “Adət-ənənə, mərasim və bayramlar etnopsixoloji ruhun ifadə forması kimi” və digər mövzular hərtərəfli təhlil edilir.

“Elm və təhsil” nəşriyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya elmləri doktoru, professor Ramil Əliyev və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir. Kitaba professor Ramil Əliyev “Azərbaycan folklor düşüncəsinə özünəməxsus baxış” adlı ön söz yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri