Icma.az
close
up
RU
Azərbaycan elmində akademik tədqiqat ənənə və təcrübəsi

Azərbaycan elmində akademik tədqiqat ənənə və təcrübəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Akademiyanın indiyə qədər topladığı təcrübə bizim üçün əzizdir, onu qorumalı, saxlamalıyıq.

Heydər ƏLİYEV,
ümummilli lider

I məqalə

Fevralın 20-də AMEA-nın ümumi yığıncağının keçirilməsi və orada müzakirə edilən məsələlər, əslində, ölkənin elmi camiyəsi üçün hadisədir. Hər şeydən öncə, cəmiyyət AMEA-nın 2024-cü ildə fəaliyyətinin qiymətləndirilməsində maraqlıdır. Təşkilatın bu müddətdə apardığı tədqiqatlar, elmi fəaliyyətin təşkili ilə bağlı həyata keçirdiyi proqramlar, ölkənin sosial, mədəni, siyasi, elmi həyatında iştirakı kimi məsələlər, əlbəttə, bütövlükdə, Azərbaycan üçün əhəmiyyətlidir. Başqa bir tərəfdən, AMEA-nın illik fəaliyyəti ölkədə gedən sürətli islahatlar, yeniləşmələr, strateji inkişaf kursunun həyata keçirilməsi prizmasında da maraq doğurur.

Bunlarla yanaşı, AMEA 2025-2030-cu illəri nəzərdə tutan Strateji İnkişaf Konsepsiyası və “Yol xəritəsi”ni də təqdim edirdi. Təşkilatın ictimai və humanitar bölmələrinin ümumi hesabatı fonunda bu məsələ AMEA miqyasını aşaraq bütövlükdə, Azərbaycan elminin qarşıdakı 5 il müddətində inkişafı baxımından çox əhəmiyyətli görünür. Çünki Strateji İnkişaf Konsepsiyası və “Yol xəritəsi” AMEA-nın qarşıdakı 5 il müddətində fəaliyyətinə həm elmin geniş inkişafı, həm də bu prosesin ölkənin strateji inkişaf kursuna hansı faydaları verəcəyi baxımından böyük aktuallıq kəsb edir.

Bu sənədlərlə ölkənin baş elmi təşkilatının ümumi yığıncağının akademik elmi tədqiqatın dövlət, elmi mühit, təhsil və bütövlükdə, ictimaiyyət üçün lazımlığı və aktuallığı ilə bağlı bir neçə mesaj verdiyini düşünmək olar. Həmin mesajlar üzərində bir qədər geniş dayanmaq üçün elmi baxımdan əhəmiyyəti olan bir neçə anlayışı izah etmək lazım gəlir. Çünki yalnız bu halda ümumi yığıncağın tarixi, elmi mənası və dövlət quruculuğunda elmin iştirakı haqqında ciddi nəzəri əsaslandırılmış təsəvvür əldə etməyin mümkünlüyünə inanırıq.

Bunun üçün Azərbaycan elmində “akademik tədqiqat ənənəsi”, “akademik tədqiqat təcrübəsi” və “akademik araşdırma kültürü” kimi anayışların yeri və rolu üzərində qısa dayanmağa ehtiyac vardır.

Akademik tədqiqat ənənəsi

Burada “ənənə” dedikdə, hər hansı hadisənin (və ya prosesin) müəyyən qaydalar kompleksi vasitəsiilə nəsillərdən-nəsillərə kəsintisiz ötürülməsi başa düşülür. Ümumi səviyyədə “ənənə” latınca “traditio”dandır ki, “ötürmə” mənasını verir. Deməli, bizim interpretasiyada “akademik tədqiqat ənənəsi” ümumi səviyyədə “tradito” məna çalarları sərhədini aşmır. Bu baxımdan, bütövlükdə, elmi ənənə elmi təcrübənin toplanması, saxlanması və ötürülməsi mexanizmlərinin sistemidir. Burada elmin özünəxas normaları, dəyərləri, problemlərin qoyuluşu və həlli nümunələri ayrıca yer tutur. Onu da vurğulayaq ki, qeyd olunan özəlliklər mədəniyyət sxemi, kültür fenomeni və bütövlükdə, mədəniyyət növü kontekstində elmi ənənənin elementləri ola bilər.

Ümumilikdə, dünya elmi tarixində elmi ənənəyə fərqli yanaşmalar olmuşdur. Bu sırada, adətən, S.Tulmin, P.Feyerabend, T.Kun, İ.Lakatos, M.Polani və digərlərini xatırlamaq olar. Burada başlıca fərq elmi ənənəi konkret olaraq hansı faktor və ya faktorlara görə müəyyənləşdirməkdən ibarətdir.

Bu qısa ümumnəzəri izahların fonunda biz “akademik tədqiqat ənənəsinə” konkret məna veririk. Akademik tədqiqat ənənəsi konkret ölkədə tarixən özünü göstərən və nəsillərdən-nəsillərə kəsintisiz ötürülən elə araşdırma qaydalarının kompleksidir ki, bütövlükdə, "akademiklik” anlayışının məna yükü çərçivəsində vahid bucaq altında baxıla bilir. Nəzəri konstruksiyanı mürəkkəbləşdirmədən Azərbaycan nümunəsində akademik tədqiqatı və onun ənənəsini izah edək.

Azərbaycanda akademik tədqiqat tarixi onun tam mənasında ənənə olduğunu sübut edir. Çunki burada həm “akademiklik” anlayışının konkret anlamı mövcud olmuşdur, həm də bu anlam çərçivəsində tədqiqat nəsillərdən-nəsillərə akademiyalar vasitəsilə ötürülmüşdür. Mənbələr göstərir ki, bu prosesin təməlində iki kültür faktoru durur. Onlardan biri yunan akademik tədqiqatlarının rasionallığıdır. Digəri isə Azərbaycanın müsəlman mədəniyyət sistemində coğrafi məkan olaraq mövcud olmasıdır. Nəticədə uzun müddət Azərbaycan akademiyalarında yunan akademizminin dünyəvi rasionallığı ilə İslami dəyərlərin elmi və kültürəl anlamınin sintezi əsas fəaliyyət istiqaməti olmuşdur. Qısaca olaraq, tarixi faktlara baxaq.

Faktlar nələri deyir

Burada bu sətirlərin müəllifinin “AMEA inkişaf və yeniləşmə yollarında” adlı monoqrafiyasında olan materiallardan istifadə edilmişdir. Hər bir faktın mənbəyi monoqrafiyada göstərilmişdir.

Beləliklə, mənbələr göstərir ki, Azərbaycanın indiki coğrafi-mədəni məkanında Bizansda akademiyalar ləğv ediləndən sonra (V əsrdə Edessa, VI əsrdə Afina akademiyaları ləğv edilmişdir) çox sayda akademiya yaranmışdır. Ulu öndər Heydər Əliyevin bu bağlılıqda bir kəlamı çox mətləblərdən xəbər verir. Heydər Əliyev öyrədirdi ki, “çoxəsrlik tariximiz özünün böyük elmi və görkəmli alimləri ilə məşhurdur”.

Doğrudan da, qədimdən Azərbaycanın coğrafi-mədəni məkanında folklor, ədəbiyyat, fəlsəfə, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və s. elm sahələri mövcud olmuş və onlar hətta bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Ancaq tədqiqatlarda qeyd olunur ki, “Azərbaycanın tarixi ərazisində ilk yazılı elmi əsərlərə isə İslam dininin qəbulundan sonrakı dövrlərdə rast gəlinir. IX əsrdə məşhur “Hikmət evi” (“Beytül-hikmət”) adlı Bağdad Akademiyasının meydana gəlməsi müsəlman sivilizasiyasında, o cümlədən Azərbaycanda elmin inkişafına ciddi təkan vermişdir. Bu, öz dövrü üçün güclü elmi kadrları olan, müxtəlif elm sahələrini – riyaziyyat, tibb, biologiya, astronomiya, həndəsəni öyrənən elm ocağı idi”.

Orta əsrlərdə Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiyə və digər şəhərlərdə çoxsaylı elmi mərkəzlər fəaliyyət göstərmişdir. Nəsirəddin Tusinin Marağa rəsədxanası dünyada məşhur idi. Orada müxtəlif ölkələrdən gəlmiş insanlar elm öyrənir və vətənlərində N.Tusi rəsədxanasının elmi tədqiqat ənənəsini davam etdirirdilər. Onu vurğulayaq ki, N.Tusinin elmi mərkəzi akademik tədqiqatın şərtləri daxilində fəaliyyət göstərirdi. Orada indi akademik fəaliyyət üçün lazım olan elmi-metodoloji və maddi-texniki struktur mövcud idi. “Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dildə desək, akademiyanın Rəyasət Heyəti Təbriz şəhərində yerləşirdi”. Ayrıca şəhərcikdə tələbələr və tədqiqatçılar üçün şərait yaradılmışdı.

Dünyaya məlumdur ki, öz dövrlərində Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Fazil Şirvani, Əminəddin Müzəffər Təbrizi, Müxdəsəddin Səlmasi və başqaları dəyərli elmi və bədii-fəlsəfi əsərlər yaratmışlar.

Bir sıra mənbələrdə Şamaxı Akademiyası müasir Azərbaycan Respublikasının coğrafi-mədəni məkanında bu qəbildən olan ilk elm mərkəzi hesab olunur. Onu Ömər Osman oğlu yaratmışdı. O, Azərbaycan alimi və həkimi kimi tanınmışdı. Şamaxı Akademiyasının tərkibində ciddi araşdırmalar aparılan tibbi məktəb mövcud idi. Orada xarici tədqiqatçıların da çalışdığı haqqında informasiyalar vardır.

İndi Şamaxı şəhərinin yaxınlığında olan Məlhəm kəndi həmin akademiyanın dərmanlarını hazırlayan məkan kimi Şamaxı Akademiyasının bugünümüzə gəlib çatan “mədəni yaddaşı”, əlaməti, “tarixi yadigarı”dır. Şamaxı Akademiyasında Ömər Osman oğlu xariçi mühitin faktorlarının insan fiziologiya və patologiyasında təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Bunların içərisində Günəşin təsirindən o qədər danışmışdır ki, onun doğulduğu yer indi də “Dədə Günəş” adı ilə məşhurdur. Ömər Osman oğlunun təşkil etdiyi akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər. Ömər Osman oğlu və onun davamçılarının elmdə əsas nailiyyətlərindən biri yalnız faktlara və müşahidələrə əsaslanmaları və onların dərin təhlilini vermələri idi. Demək olar ki, onun təşkil etdiyi akademiyanın tibbi şöbəsi birinci növbədə Azərbaycanda kliniki tədqiqat metodlarını yaymağa başlamışdır. Əfsuslar olsun ki, zəlzələlər və yadellilərin hücumu nəticəsində Şamaxı Akademiyasından bizə gəlib-çatan əsərlər və abidələr məhduddur və əldə olan məlumatlar da lazımi dərəcədə tədqiq olunmamışdır”.

XIII əsrdə Azərbaycan tarixçisi və məşhur həkimi Rəşidəddin Təbrizdə Elmlər Akademiyası yaradır. Burada Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən gəlmiş mütəxəssislər işləyirdilər. “Bu akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığındakı “Rübe-Rəşidi” (“Rəşidi kvadratı”) adlanan ərazidə yerləşirdi. Akademiyanın xarabalıqları indi də həmin yerdədir. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika tutmuşdur.

Maraqlıdır ki, həmin akademiyanın yaxınlığında “Fəxrabad” adlı yerdə böyük botanika bağı varmış. Orada akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş”...

“Rəşidəddin Azərbaycan alimlərinə böyük qiymət verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi isə başqa dövrdür. Azərbaycanın dahi həkimlərindən Mahmud İbn İlyas və Mahzabəddin Təbrizi haqqında çox danışırdı”.

XV-XVIII əsrlərdə Azərbaycandakı elmi mərkəzlər fəaliyyətlərini davam etdirmişdir. Həmin dövrdə Əbdürrəşid Bakuvinin elmi fəaliyyəti çox səmərəli olmuşdur; ölkənin coğrafiyası və təbiəti ilə bağlı qiymətli məlumatlar vermişdir.

XIX əsrdə Azərbaycanın şimal hissəsinin Rusiya və Avropa elmi-mədəni mühitinə inteqrasiyaya başlaması ilə akademik tədqiqatlarda yeni dönəmə qədəm qoyulmuşdur. Geosiyasi aspektlə yanaşı, akademik elmi fəaliyyət istiqamətində də Azərbaycan Qərblə Şərqin körpüsü rolunu oynamışdır.

XX əsrdə bu tendensiya xüsusi intensivliklə davam etmişdir. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ilə Avropa ali məktəblərinə azərbaycanlı tələbələrin göndərilməsi üçün yeni imkanlar meydana gəlmişdir. Bu da sonrakı mərhələdə Azərbaycanda akademik tədqiqatlarda Qərb, Rusiya və Şərq elmi araşdırma ənənələrinin sintezini yaratmaq üçün ciddi təkan rolunu oynamışdır. Həmin kontekstdə 1922-1923-cü illərdə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu ayrıca qeyd edilməlidir. “Onun əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradıldı (1923). Artıq burada humanitar, təbiət elmlərini və Şərqi öyrənən bölmələr vardı. Bu cəmiyyəti və institutu XX əsrdə Azərbaycanda akademik tədqiqatların təşkilinin ilk formaları hesab etmək olar. Məhz cəmiyyətin bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil olundu. Burada rus alimləri ilə yanaşı, Ə.Haqverdiyev, B.Çobanzadə, M.Əfəndiyev, A.Tağızadə və başqa alimlər çalışırdılar. 1935-ci ildə həmin şöbə SSRİ EA-nın Azərbaycan filialına çevrildi. Burada Azərbaycanın təbii sərvətlərinin tədqiqinə də xüsusi diqqət yetirilirdi. O səbəbdən də Elmi Tədqiqat Neft İnstitutu və Azərbaycan Elmi Tədqiqat Neft Maşınqayırma İnstitutu təsis edildi”.

Bu proses nəticəsində 1940-cı ilə Azərbaycanda 60 elmi müəssisə yaradılmışdı və orada 3 minə yaxın elmi işçi fəaliyyət göstərirdi. Yuxarıda qeyd etdiyimiz kimi, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyası təsis edildi.

Bu faktlar bizə Azərbaycanda akademik tədqiqat ənənəsinin məzmununu müəyyən etməyə əsas verməklə yanaşı, AMEA-nın indiki fəaliyyətinin məzmun, mahiyyət və məqsədini həmin ənənə kontekstində ümumi yığıncaqda müzakirə edilən məsələlər fonunda təhlil etməyə imkan verir. Burada “akademik tədqiqat ənənəsi” anlayışı ilə yanaşı, “akademik tədqiqat təcrübəsi” və “akademik araşdırma kültürü” anlayışlarını Azərbaycan kontekstinə də aydınlıq gətirmək gərəkdir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see662

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see182

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see159

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see157

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see154

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see152

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see147

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see145

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see145

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see141

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see139

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see136

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see132

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri