“Azərbaycan futbolu məni təəccübləndirdi” “Qəbələ”nin legioneri
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Monteneqrolu 28 yaşında müdafiəçi Eduardo Kunde dördüncü legionerliyini Azərbaycanın “Qəbələ” klubunda keçirir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki. Yaponiya, Bolqarıstan və İndoneziyada oynadıqdan sonra Kunde Azərbaycanın futbol mühitini yüksək qiymətləndirir. Müdafiəçi yerli liqanın texniki və taktiki səviyyəsini çox güclü və yaxşı təşkil olunmuş hesab edir.
Avqust ayında Azərbaycana gələn Kunde ölkəyə tez uyğunlaşdığını bildirib. Klubun xarici oyunçular üçün təqdim etdiyi şərait onu məmnun edib, əsas çətinlik isə ailəsindən uzaqda olmağıdır:
“Ailə əsasdır, ondan güc alırıq və davam edirik. Dil və mədəniyyət məsələləri artıq mənim üçün problem deyil, amma ailədən uzaq olmaq çətindir”.
O, Azərbaycan futbolunu Yaponiya, Bolqarıstan və İndoneziya ilə müqayisə edərək, yerli komandaların həm topa sahib olma, həm sürətli hücumlar, həm də komanda təşkilatı baxımından çox yaxşı səviyyədə olduğunu bildirib: “Azərbaycan komandaları yüksək səviyyədədir, oyunçuların hazır olması lazımdır ki, yaxşı çıxış etsinlər. Liqa məni çox təəccübləndirdi”.
“Qəbələ” 2025-ci ili milli çempionatda sonuncudan əvvəlki yerdə başa vurub, lakin Azərbaycan Kubokunda artıq ilk iki mərhələni keçərək Avropa Liqasında şansını davam etdirir. Kunde komandanın əsas məqsədinin kuboku qazanmaq olduğunu bildirib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Qəbələ nin legioneri Şamaxı da baxışdadır
21 İyul 2025 21:06
Qəbələ nin legioneri dünya çempionatında çıxış edəcək
12 Avqust 2025 19:41
“Qəbələ”nin legioneri: “Özümüzə və hazırlığımıza güvənirik”
29 Avqust 2025 10:53
“Qəbələ”nin legioneri: “Komandaya kömək etməyə hazıram” (MÜSAHİBƏ)
18 Sentyabr 2025 12:26
Müasir futbolu legionersiz təsəvvür etmək çətindir Qəbələ nin prezidenti
06 Aprel 2025 12:51
Baxış sayı:43
Bu xəbər 30 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















