Icma.az
close
up
RU
“Qəbələ”nin legioneri: “Özümüzə və hazırlığımıza güvənirik”

“Qəbələ”nin legioneri: “Özümüzə və hazırlığımıza güvənirik”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ”nin qanalı müdafiəçisi İsaak Amoahın Futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 2-ci turunda “Zirə” ilə oyuna yaxşı başlayıb hesabı açsanız da, yekunda meydanı xalsız tərk etdiniz (1:2). Hesabda öndə olduğunuz və matça nəzarət etdiyiniz halda, niyə üstünlüyü əldən verərək məğlubiyyətlə üzləşdiniz?

– “Zirə” ilə oyuna güclü başladıq və yaxşı dinamika yaratdıq, amma futbolda kiçik detallar oyunun taleyini dəyişə bilər. Əsas anlarda diqqəti itirdik və rəqib bundan istifadə etdi. Bizim üçün bu vəziyyətlərdən dərs çıxartmaq və növbəti dəfə üstünlüyümüzü daha yaxşı qorumaq vacibdir.

– Sanki məğlubiyyətə aparan yol Eşqin Əhmədovun qolla nəticələnən fərdi səhvindən sonra başladı. Bununla razısınız? Oyundan sonra həmin epizoda görə Eşqinə komanda yoldaşları tərəfindən irad tutuldu, yoxsa dəstək oldunuz?

– Məncə bu, bir futbolçunun səhvi ilə bağlı deyil. Futbolda biz birlikdə qazanırıq və birlikdə uduzuruq. Belə anlar hər bir oyunçunun başına gələ bilər. Təbii ki, komanda olaraq ona dəstəyimizi göstərdik. Əsas məsələ bu cür vəziyyətlərdə komandamızın necə reaksiya verməsi və birlikdə qalmağımızdır. Biz bir-birimizə tam güvənirik.

– İlk 2 turdan sonra “Qəbələ”nin aktivində 1 xal var. Bu nəticə sizi razı salır?

– Əlbəttə, razı deyilik, çünki məqsədimiz daha yüksəkdir. Amma bu, hələ mövsümün başlanğıcıdır. Daha yaxşı oynaya biləcəyimizi anlayırıq və hər gün daha çox çalışırıq ki, oyunlarımız nəticəyə çevrilsin.

– Çempionatın hər iki oyununda xeyli sayda qol epizodu yaratmısınız. Belə olan halda, qələbə qazanmaq üçün komandanızda nə çatışmır?

– Bəli, qol vəziyyətləri yaradırıq, bu da müsbət haldır. Amma çatışmayan cəhət son toxunuşlardır – söhbət qapı qarşısında daha soyuqqanlı olmaqdan və vacib anlarda düzgün qərar verməkdən gedir. Həmçinin müdafiədə daha kompakt olmalıyıq. Bunları yaxşılaşdırsaq, nəticələr də gələcək.

– Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

– “Araz-Naxçıvan”a hörmətlə yanaşırıq, bu komanda xüsusilə evdə çətin rəqibdir. Amma biz də özümüzə və hazırlığımıza güvənirik. Əgər diqqətli olsaq və güclü tərəflərimizi ortaya qoya bilsək, oradan müsbət nəticə ilə dönəcəyimizə inanırıq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri