Icma.az
close
up
RU
Azərbaycan futbolu üçün seçim vaxtı: OLUM, YA ÖLÜM

Azərbaycan futbolu üçün seçim vaxtı: OLUM, YA ÖLÜM

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslandiya ilə görüşdən 4 gün keçib. Həmin oyunla bağlı danışmaq adama mənasız gəlir. Oyunətrafında yaşanan hadisələr, matçın gedişatı, görüşdən sonra baş verən proseslər səssiz qalmağı, heç kimlə futbol barədə danışmamağı düşündürür. 

Rəqib ucaboy futbolçuları ilə seçilən komanda idi. Amma niyəsə “müdrik” baş məşqçi futbolçulara uzun toplarla hücum qurmaq tapşırığı verdi. Oyunun davamında komanda darmadağına doğru gedirdi. Bunu görən Santuş 3 müdafiəçini əvəzləyib, arxa xətdə az da olsa qalan ritmi ümumiyyətlə yox etdi. Görünən o idi ki, portuqaliyalı biabırçı məğlubiyyət üçün əlindən gələni hər şeyi sınadı. Hər yola əl atdı ki, təzminatını alsın, çıxıb getsin. Axı nəyinə lazımdır burada çalışmaq?! Onsuz işləsə də, qovulsa da, nəticə etibarilə pulunu qəpiyinə kimi alacaq. 

Onun özü də bura gələndə çox yaxşı bilirdi ki, Azərbaycan millisində Ronaldolar, Fernandeşlər, Pepelər yoxdur. Heç uzağa getmək lazım deyil. Bizim yığma nəinki portuqallara, heç Ardalara, Kvaralara, Mikautadzelərə sahib deyil. Santuş bura əlindəki heyətlə dünya çempionatına çıxmağın mümkünsüz olduğunu bilərək gəlmişdi. Amma hamımızı yaxşıca “barmağına doladı”. Millətlər Liqasında komandanı D divizionuna saldı. Hər mətbuat konfransında “məqsədimiz dünya çempionatının seçmə mərhələsidir” dedi. Vaxt qazandı, həmin müddətdə ölkəmizin çörəyini doyunca yedi. DÇ seçmə mərhələsinə çatanda da, elə biabırçılıq etdi ki, təzminatını alıb qovulsun. 

Milyonlar alan Santuş getdi. İndi o, aldığı təzminatla ölkəsində kef çəkir. Bizim yerli məşqçilərimizsə, onun məhv etdiyi, “sınıq-salxaq” hala saldığı komandanı toparlamağa çalışır. Bu gün Ukrayna ilə oyun var. Amma Ayxan Abbasov milli ilə cəmi 2-3 gündür ki, birlikdədir. Məğlub olsa, onun adına yazılacaq. Heç kəs “bu komanda Santuşundur” deməyəcək. Çünki Abbasov azərbaycanlıdır, özümüzküdür. Onun timsalında bütün yerli məşqçilərə belə yanaşma irəli sürülür. Milli komandaya illərdir ki, azərbaycanlı çalışdırıcı gətirilmir.

2008-ci ildən bu günə Azərbaycan yığmasının cəmi 1 yerli baş məşqçisi olub. Söhbət təbii ki, ölkə futbolunun ən sevilən siması Qurban Qurbanovdan gedir. Ona da cəmi 10 ay şans verildi. Elə bir şərait yaradıldı ki, onun kimi mütəxəssis də bu millidə çalışa bilmədi. Təsəvvür edin Berti Foqtsa 6, Robert Prosineçki və Canni De Byaziyə 3, 11 oyunda qələbəsi olmayan Santuşa ilyarım müddət verilir, amma “Qarabağ”ı Avropa arenalarının daimi iştirakçısına çevirən Qurbanova cəmi 10 ay. 

Qurban hocadan sonra milli komandaya azərbaycanlı baş məşqçi gətirilmədi. Yalnız Arif Əsədov De Byazinin istefasından sonra yığmanı 4 oyuna çıxardı. Nəticələri xatırlatmaq lazımdırsa, 4 oyunda 2 qələbə və 1 heç-heçə! Özü də 3 ay ərzində. Bəs sonra nə oldu? Təbii ki, həmin posta xarici məşqçi gətirildi. Bir daha təkrar edirəm, 4 oyunda 2 qələbə və 1 heç-heçəsi olan məşqçi necəsə vəzifədə saxlanılmadı. Bu, necə baş verdi, onu hələ də anlamaq mümkünsüzdür. 

Yığmanın futbolçuları ilə olan dialoqlarda da eyni sözlər eşidilir. Yekdilliklə hamı azərbaycanlı baş məşqçi ilə çalışmaq istəyir. Komandanın təcrübəliləri Arif Əsədov dönəmini xatırladır, onun rəhbərliyi altında daha məsuliyyətli, rahat və inamlı çıxış etdiklərini bildirirlər. Zatən onlar da Əsədovun niyə baş məşqçi kimi saxlanılmadığını anlamayıblar.

Xülasə, baş məşqçi seçimi üçün uzağa getməyə ehtiyac yoxdur. Onsuz da millət olaraq futbol potensialımız qısıtlıdır. Gələcəkdə müəyyən dərəcədə irəliləyə bilərik. Amma hazırda dünya çempionatına vəsiqə qazanmaq kimi utopiyaya qapılmağa ehtiyac yoxdur. Seçmə mərhələni böyükhesablı məğlubiyyətlər olmadan, maksimum heç-heçələr və 1 qələbə ilə tamamlamaq əsl uğur sayılacaq. Bunu da Rəşad Sadıqov kimi lider, Arif Əsədov kimi təcrübəli, Ayxan Abbasov kimi müasir və ən əsası milli formanın ağırlığını bilən kadrlar bacaracaq. Bu komanda hamımızındır. Hər dəfə uduzanda hirslənib, qışqırsaq da, bu, bizim milllimizdir. Düzgün əllərdə, doğru insanlarla yavaş-yavaş irəliləyəcək...

“Səbail”də yeni legioner Məşqçi-müəllimlər üçün təlim keçirilib II turun oyun cədvəli bəlli olub Santuş AFFA-nın başına bəla oldu - yüklü təzminat ödəniləcək Millimizin baş məşqçisi yerli olmalıdır, yoxsa xarici? - SORĞU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri