Azərbaycan futboluna layiq olmağa çalışmışam Qara Qarayev
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sabah”la oyunda çempionatda 350-ci matçına çıxan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev bununla bağlı təəssüratlarını bölüşüb.
QOL.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında deyib:
“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam".
Q.Qarayev hədəfinin daha çox oyun keçirmək olduğunu qeyd edib: "350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir. İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















