Icma.az
close
up
RU
Qara Qarayev məktəbinin yetirməsi

Qara Qarayev məktəbinin yetirməsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Faiq NAĞIYEV – 80

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar və pedaqoq, Qara Qarayev bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi olan Faiq Nağıyev müasir Azərbaycan professional musiqisinin, xüsusilə də xor sənətinin inkişafında mühüm xidmətləri olan bəstəkarlarımızdandır. Onun yaradıcılığı milli musiqi düşüncəsi ilə müasir bəstəkarlıq təfəkkürünün üzvi vəhdətini nümayiş etdirən sanballı sənət nümunələri ilə səciyyələnir.

Bəstəkarın yaradıcılıq üslubunun formalaşmasında yalnız yüksək bəstəkarlıq məktəbi deyil, muğamın praktiki və intonasiya səviyyəsində dərindən mənimsənilməsi də mühüm rol oynamışdır. Muğam düşüncəsi onun əsərlərində birbaşa sitat şəklində deyil, daxili intonasiya axını, məqam təfəkkürü və emosional ifadə tərzi kimi təzahür edir. Bu cəhət Faiq Nağıyevin musiqisini milli-bədii yaddaşın daşıyıcısına çevirən əsas amillərdəndir. Bununla yanaşı, bəstəkar kamera-instrumental, fortepiano, vokal-instrumental və simfonik janrlarda da uğurlu yaradıcılıq nümunələri təqdim etmişdir.

Faiq Həbib oğlu Nağıyev 1946-cı il fevralın 13-də Gəncə şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini kamança aləti üzrə alan gələcək bəstəkar hələ erkən yaşlarından ifaçılıq sahəsində ciddi uğurlar qazanmış, respublika müsabiqələrinin laureatı olmuşdur. Musiqi istedadı nəzərə alınaraq, musiqi məktəbində oxuduğu illərdə birbaşa Qənbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun kamança sinfinə qəbul edilməsi onun dünyagörüşünün genişlənməsi, musiqi mədəniyyətinə elmi marağının formalaşması baxımından mühüm mərhələ olmuşdur.

Məhz bu illərdə Faiq Nağıyev dünya musiqi tarixinə dərin maraq göstərmiş, Azərbaycan, rus və Avropa bəstəkarlarının yaradıcılığını sistemli şəkildə öyrənmişdir. Bu maraq onu musiqişünaslıq sahəsinə gətirmiş və 1964-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq fakültəsinə daxil olmuşdur. 1969-cu ildə ali təhsilini uğurla başa vuran gənc musiqiçi artıq elmi-nəzəri biliklərə malik mütəxəssis kimi formalaşmışdı. Lakin bəstəkarlıq sənətinə olan daxili ehtiyac və yaradıcılıq çağırışı onu yenidən konservatoriyaya qaytarmışdır.

İlkin bəstəkarlıq dərslərini təcrübəli müəllim Oleq Felzerdən alan Faiq Nağıyev 1969-cu ildə bəstəkarlıq ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və görkəmli bəstəkar, dahi pedaqoq Qara Qarayevin sinfində təhsil almışdır. Qara Qarayev məktəbi gənc bəstəkarın yaradıcılıq dünyagörüşünün, estetik prinsiplərinin və müstəqil üslub xəttinin formalaşmasında həlledici rol oynamışdır. Kompozisiya, musiqi forması və müasir bəstəkarlıq texnikası sahəsində qazandığı biliklər onun əsərlərində konseptual bütövlük və peşəkar düşüncə kimi öz əksini tapmışdır.

1970-ci illərdən etibarən müstəqil yaradıcılıq yoluna qədəm qoyan Faiq Nağıyev yaradıcılıq simfonik və vokal-simfonik musiqi, xor yaradıcılığı, kamera-instrumental janrlar, kino musiqisi xüsusi yer tutur. Onun iki simfoniyası, simfonik poemaları, “Şəhidlərdən–şəhidlərə” simfonik süitası, “Ana torpaq” kantatası, “Azadlıq” və “Sumqayıt” odaları, instrumental konsert və sonataları Azərbaycan musiqi mədəniyyətinin dəyərli nümunələrindəndir.

Onun yaradıcılığının əsas ideya istiqamətini yüksək bəşəri dəyərlərin, humanist idealların və milli kimliyin bədii təcəssümü təşkil edir. Bu baxımdan bəstəkarın memorial xarakterli əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Faiq Nağıyev Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş, xor musiqisinin janr və ifadə imkanlarını xeyli genişləndirmişdir. Bəstəkarın yaradıcılığında “Ana torpaq” kantatası, “Layla”, “Azadlıq” və “Sumqayıt” odaları, “Şamın naləsi”, “Aşiqəm” xor miniatürləri, uşaq xorları üçün yazılmış mahnılar, eləcə də müxtəlif həsrnamələr milli xor repertuarının mühüm tərkib hissəsinə çevrilmişdir.

Faiq Nağıyevin qarışıq akapella xoru üçün üçhissəli konserti ustadı Qara Qarayevin əziz xatirəsinə həsr edilmiş və xor konserti janrının milli musiqimizdə formalaşmasına yeni nəfəs gətirmişdir. Əsərdə klassik poeziya ilə müasir musiqi dilinin sintezi, məqam təfəkkürü ilə müasir texniki üsulların vəhdəti aydın şəkildə hiss olunur.

Vətənini sevən əsl vətənpərvər insan kimi Faiq Nağıyevin də qəlbində təlatüm yaratmışdır. Onun 1991-ci ildə rejissor Xamis Muradov tərəfindən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Salnamə” studiyasında çəkilmiş “Şəhidlərdən-şəhidlərə” adlı sənədli filmə yazdığı musiqidə bu faciəvi hadisələr öz əksini tapmışdır. Bəstəkar filmin bədii məzmununu musiqi dili ilə dolğun şəkildə ifadə edərək yeddi müstəqil nömrədən ibarət daxili dramaturji inkişaf xətti yaratmışdır. 2002-ci ildə bəstəkar bu sənədli filmin musiqisi əsasında kiçik simfonik orkestr üçün süita da yazmışdır.

Bəstəkar bu mövzuda yazılmış daha bir əsərin qarışıq xor, əzançı və böyük simfonik orkestr üçün “Azadlıq” odasının da müəlifidir.

“Xocalı harayı” rekviyemi yalnız musiqi əsəri deyil, həm də kollektiv yaddaşın bədii manifesti kimi qiymətləndirilə bilər. Bu əsərdə xor fakturası, dramatik inkişaf və emosional kulminasiya milli ağrının ümumiləşdirilmiş bədii ifadəsidir.

Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının professoru Faiq Nağıyev həm istedadlı bəstəkar, həm də dərin bilikli pedaqoqdur. Onun pedaqoji fəaliyyəti yalnız texniki biliklərin ötürülməsi ilə məhdudlaşmır, həm də tələbələrin yaradıcılıq potensialını, estetik zövqünü və milli musiqi ənənələrinə hörmətini formalaşdırır.

Bəstəkar Qara Qarayev məktəbinin prinsiplərini rəhbər tutur, tələbələri müstəqil yaradıcılığa təşviq edir və fərdi üslub xəttini inkişaf etdirmələrinə şərait yaradır. Onun sinfində yetişmiş çoxsaylı bəstəkar, ifaçı və pedaqoq bu gün Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Bəstəkarın ali və orta-ixtisas musiqi məktəblərinin tədris proqramına salınan əsərləri gənc musiqişünaslıq tərəfindən diplom işləri, fəlsəfə doktoru dissertasiyaları mövzusu kimi tədqiq edilir.

Faiq Nağıyev, eyni zamanda, bir sıra dərs vəsaitləri və tədris proqramlarının müəllifidir.

Yaradıcılıq enerjisini bu gün də qoruyub saxlayan, milli musiqi mədəniyyətimizin inkişafına sədaqətlə xidmət edən Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq Nağıyevi 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayırıq.

Jalə QULAMOVA,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see312

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see283

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see215

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see199

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see195

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see195

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see190

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see187

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see184

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see180

Novxanıda hotel yanır

19 May 2026 19:10see174

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see171

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see170

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see163

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see158

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see153

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see153

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see150

Meyvə şirəsi zərərlidir? Açıqlama

19 May 2026 20:38see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri