Icma.az
close
up
RU
Azərbaycan futboluna öz töhfəmizi verəcəyik Avrora Qrup un prezidenti

Azərbaycan futboluna öz töhfəmizi verəcəyik Avrora Qrup un prezidenti

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki, şirkətin prezidenti prezidenti Ceyhun Abbasov tədbir zamanı sualları cavablandırıb.

- Bu gün futbol aləmində bizim üçün çox mümim olan sənədə imza atıldı. PFL-lə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi müqavilə imzalandı. Bundan sonra yarış "Bizon Azərbaycan Kuboku" adlandırılacaq. Bu, bizim üçün çox əlamətdar hadisədir. Çalışacağıq ki, bu missiyanı layiqincə həyata keçirək.

- Müqavilə niyə 1 mövsümlük imzalanıb?

- Biz qarşı tərəfi, onlar bizi təhlil etmək istədi. Hansı tərəfdən baxsaq, bu, bir biznesdir. Müqavilənin bizim marka dəyərinə gətirəcəyi qatqıdan söhbət gedir. Düşünürük ki, bu anlaşma uzunömürlü olacaq. Azərbaycan futboluna öz töhfəmizi verəcəyik. Futbol idman oyunlarının şahıdır. Azərbaycanda da bu idman növünə böyük maraq var. "Qarabağ"ın son dövrlərdə göstərdiyi performans futbola olan marağı artırır. Biz öz markamıza da inanırıq. "Bizon" Azərbaycanın milli brendidir. Məhsullarımız dünyanın 10-a yaxın ölkəsinə ixrac olunur.

- Bir çox şirkətlər futbola sponsorluq etməyə soyuq yanaşır. PFL sizi necə razı sala bildi?

- İdmana olan dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. "Zirə", "Araz-Naxçıvaan" və "Sabah"a kömək edirik. Bu da bir təklif idi. Biz də bunu layiqincə dəyərləndirdik.

- Maliyyə şərtləri barədə məlumat verə bilərsiz?

- Bu, konfidensial məsələdir.

- Kuboku hansı klubun qazanmasını istəyərdiz?

- Finalda "Qarabağ"ı görmək istəyərəm.

- "Bizon" kubokun sponsoru olmaqla PFL-ə dəstək olacaq. Bəs bunun qarşılığında PFL sizə nə verəcək?

- Reklamın gücü "2x2=4" deyil. Bunu dərhal ölçmək çətindir. Markaya verilən marketinq dəstəyi yaxın zamanda özünü göstərir. "Avrora Qrup" olaraq düşündük ki, PFL-lə bu addımı atsaq, bizim üçün uğurlu olacaq.

- PFL prezidenti Elxan Səmədovla daha əvvəldən tanışlığınız olub?

- Mən özüm həvəskar futbolçuyam, 45 ildir futbol oynayıram. "Avrora Qrup"un daxilində 36 komanda fəaliyyət göstərir, ilboyu oynayırıq. Mən də bir komandanın üzvüyəm. Elxan müəllimlə bizim çoxdan münasibətimiz var. Futbol meydanlarında çox görüşmüşük. Bu gün imzalanan sənədin kökündə o münasibətlər dayanır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri