“Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər” Politoloq
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin ilə qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir. Bu Azərbaycanın maraqlarına uyğundurmu? Əlbəttə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu ölkəmiz və bölgəmiz üçün faydalı olacaq. Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır:
“Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik. Dəhlizə gəlikdə isə Paşinyan bu məsələni bütövlüklə ABŞ-a yükləyib. Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantndan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-ın nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintini 2026-ci ilin ikinci yarıısnda başalayacağına ümid edir. Tikinitinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Noyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















