Icma.az
close
up
RU
Sülh imzalanarsa: Azərbaycan Ermənistana enerji də sata bilər

Sülh imzalanarsa: Azərbaycan Ermənistana enerji də sata bilər

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugünlərdə ölkə başçısının iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.

Son illər ölkəmizdə bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük:

“Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək.

Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir. Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır.

Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb".

Son illər ölkədə bərpa olunan enerji növlərinin inkişafı yüksək qiymətləndirilir.

Məsələ ilə bağlı millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan çox böyük bərpa olunan enerji potensialına malikdir:

“Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə görülən işlər öz səmərəsini verməkdədir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bunun bir daha nümunəsidir. 240 meqavat  gücündə olan bu elektrik stansiyası sözsüz ki, Azərbaycanın enerji sistemində çox böyük rol oynayacaq. Cənab Prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı zamanı bir daha bildirdi ki, bu, sonuncu elektrik stansiyası deyil və bir çox regionlarda belə elektrik stansiyalarının açılması, istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir.  

Əlbəttə ki, bu açılış çox mühüm hadisədir və bildirildiyi kimi, bu gün Azərbaycan Avropanın da enerji təhlükəsizliyində çox böyük rola malikdir. Elə stansiyaların quraşdırılması gələcək üçün həm enerji ixracında, həm də ölkəyə külli miqdarda vəsaitlərin cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın etibarlı tərəfdaş olmasından irəli gəlir.

Çünki cənab Prezident öz fəaliyyəti dövründə sözünün sahibi olub və çox mühüm layihələrin həyata keçirilməsində dövlətimiz etibarlı bir tərəfdaş kimi tanınıb. Ona görə də son illərdə Azərbaycana xarici investorların cəlb olunması xeyli sürətlənib və bu gün o, istər elektrik stansiyalarının istifadəsində, eləcə də işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq-abadlıq işlərində özünü aydın göstərir". 

Deputat qeyd edib ki, enerji təhlüksizliyi həyati bir məsələdir:

"Sözsüz ki, neft, qaz və digər məhsulların ixracı ilə yanaşı, Azərbaycanın xarici ölkələrə enerji ixrac etməsi ölkəyə külli miqdarda vəsaitin daxil olması deməkdir”. 

Millət vəkinin sözlərinə görə, qonşu dövlətlərlə əlaqələrimiz ildən-ilə möhkəmlənir və Azərbaycana qucaq açan, ölkəmizi etibarlı tərəfdaş hesab edən, mili maraqlarımıza cavab verən hər bir ölkə ilə münasibətlərin yaxşılaşdıırlmasının tərəfdarıdır:

“Eləcə də müharibədən sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərinə irəliyə doğru mühüm addımlar atılır. Ərazimizdən Ermənistana yanacağın daşınmasına icazə verilməsi, digər müəyyən məsələlərin həll olunması iki ölkə arasında gələcəkdə münasibətlərin yaxşılaşdırılmasına bir zəmanətdir.

Eləcə də əgər sülh müqaviləsi imzalanarsa, Azərbaycan dövlətinin mənafeyinə uyğun olaraq Ermənistanla müəyyən iqtsadi-ticari əlaqələr genişlənərsə, həmin ölkəyə enerji ixracı da təmin edilə bilər.

Bu, təbii bir prosesdir. Çünki Ermənistan Azərbaycanla qonşudur. Münasibətlərin tam sağlamlaşması, qarşılıqlı münasibətlər nəticəsində həmin ölkəyə enerji, həm də digər məhsulların ixracını zərurətə çevirə bilər və mümkündür”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri