Icma.az
close
up
RU
Azərbaycan gəncləri üçün mühüm çağırış: Gələcək bu amilə bağlıdır

Azərbaycan gəncləri üçün mühüm çağırış: Gələcək bu amilə bağlıdır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dünyada milli kimlik anlayışı təkcə mənəvi-ideoloji konstruksiya deyil, həm də dövlətlərin təhlükəsizliyinə, sabitliyinə, inkişaf strategiyasına birbaşa təsir edən siyasi-sosial kapital formasıdır. Xüsusilə qloballaşmanın ciddi təsir göstərdiyi XXI əsrdə milli mənlik şüurunun gücləndirilməsi, gənc nəslin öz tarixi və mədəni kimliyi ilə bağlarının möhkəmləndirilməsi Azərbaycan üçün fundamental əhəmiyyət daşıyır.

Azərbaycan uzun illərdir geosiyasi baxımdan mürəkkəb regionda yerləşən, tarixi mirası, milli dəyərləri və müstəqil dövlətçilik ənənələri olan bir ölkə kimi yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi gücün qorunmasına ehtiyac duyur. Bu mənəvi gücün əsas daşıyıcısı isə gənc nəslin milli mənlik şüuru və vətənpərvərlik hissidir.

Azərbaycan gənclərinin milli kimliklə bağlı düşüncələrinin formalaşması bir neçə strateji mənbəyə dayanır. İlk növbədə, tarix və yaddaş institutlarının düzgün idarə olunması mühüm rol oynayır. Xalqın keçmişinə hörmət, azadlıq və müstəqillik uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ehtiram Azərbaycan cəmiyyətində milli şüurun ən güclü təməlidir. Son onilliklərdə gənclərin tarixi həqiqətlərlə, milli qəhrəmanlarla, dövlətçilik yolunda qarşılaşdığımız sınaqlarla daha yaxından tanış olması üçün genişmiqyaslı dövlət və ictimai təşəbbüslər həyata keçirilib. Bu təşəbbüslər yalnız keçmişi öyrətmək deyil, həm də gələcəyi formalaşdırmaq gücünə malikdir. Çünki milli mənlik şüuru yalnız tarix bilikləri ilə məhdudlaşmır, eyni zamanda mənəvi məsuliyyət hissini, dövlətçiliyə bağlılığı, milli həmrəylik duyğusunu da özündə ehtiva edir.

Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində ailə institutu ənənəvi olaraq əsas dayaq rolunu oynayıb. Azərbaycan ailə modeli tarix boyu milli dəyərlərin ötürülməsi baxımından mühüm platforma kimi çıxış edib. Bu gün də valideynlər övladlarına yalnız milli adət-ənənələri deyil, həm də milli dövlətçilik anlayışını, tarixi yaddaşı, əxlaqi prinsipləri ötürürlər. Bu, gənclərin mənəvi-mədəni formalaşmasında əvəzsiz rol oynayır. Lakin müasir informasiya dövründə ailə tərbiyəsi ictimai institutlarla birlikdə işlədikdə daha səmərəli olur. Ölkəmizdə təhsil sistemi, media, ictimai birliklər və dövlət qurumları bu missiyanı üzərinə götürərək ailə institutunu tamamlayır.

Təhsil sistemi gənclərin milli şüurunun formalaşmasında strateji əhəmiyyət daşıyan digər əsas xəttdir. Azərbaycan məktəblərində və ali təhsil müəssisələrində milli tarix, ədəbiyyat, mədəniyyət və vətəndaşlıq təhsili üzərində ciddi işlənməsi nəticəsində gənclərin dünya görüşündə milli-mənəvi dəyərlərə bağlılıq daha güclü şəkildə özünü göstərir. Təhsil təkcə məlumat verən sahə deyil, həm də şəxsiyyət formalaşdıran ideoloji mərkəzdir. Müasir tədris proqramlarında milli qəhrəmanların həyatı, ölkəmizin mədəni irsi, dövlət quruculuğu, Qarabağ həqiqətləri və müasir Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu yeni nəsilə sistemli şəkildə çatdırılır. Bu biliklər gənclərin milli kimliyə bağlılığını möhkəmləndirir və onların milli məsuliyyət hissini daha güclü edir.

Gənclərin vətənpərvərlik tərbiyəsində ən təsirli faktorlar sırasında son illərdə yaşanan tarixi proseslər, xüsusilə 44 günlük Vətən müharibəsi mühüm rol oynayıb. Bu müharibə Azərbaycan gəncləri üçün yalnız hərbi zəfər deyil, həm də milli özünüdərk, birliyə çağırış, dövlətə bağlılıq və tarix qarşısında məsuliyyət dərsi oldu. Müharibədə iştirak edən və ya informasiya cəbhəsində fəal olan gənclər bir daha dərk etdilər ki, dövlətçilik yalnız hüquqi-siyasi konsepsiya deyil, həm də hər bir fərdin ideoloji mövqeyi, milli ruhu və mənəvi duruşudur. Bu təcrübə yeni nəslin milli mənlik şüurunu gücləndirən mühüm faktora çevrildi.

Media və informasiya mühiti də milli şüurun inkişafına təsir edən həlledici sferalardandır. Azərbaycan mediasının xüsusilə son illərdə milli kimlik, dövlətçilik, tarix və mədəni irs mövzularına daha çox yer verməsi gənclərin ideoloji baxımdan formalaşmasına müsbət təsir göstərir. Sosial media platformalarında milli ruhlu layihələrin çoxalması, gənclər tərəfindən yaradılan vətənpərvərlik mövzulu kontentin genişləşməsi, diaspora təşkilatlarının dünya miqyasında apardığı informasiya mübarizəsi gənclərin milli kimlik hissinin qloballaşma meydanında güclənməsinə şərait yaradır. Bu, həm də Azərbaycanın informasiya cəbhəsində daha güclü mövqeyə çıxmasına xidmət edir.

Gənclərin milli şüurunun inkişafında mədəni irsin qorunması və müasir formatda təqdim edilməsi də xüsusi rol oynayır. Azərbaycan musiqisi, muğam, xalçaçılıq, ədəbiyyat, klassik sənət növləri ilə yanaşı, müasir incəsənət nümunələri də gənclərin milli kimlik duyğusunu möhkəmləndirən bir vasitəyə çevrilib. Dövlətin mədəniyyət siyasətində həm ənənəsəviyyəliliyə, həm də modern təqdimatlara yer verilməsi milli irsin daha geniş auditoriyaya çatmasını təmin edir. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi, rəqəmsal arxivlərin yaradılması və gənclərin mədəniyyət layihələrində fəal iştirakı onların milli-mənəvi bağlarını daha güclü edir.

Gənc nəslin milli mənlik şüurunun inkişafında diaspor fəaliyyətləri ilə əlaqənin qurulması da mühüm strateji kateqoriyadır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin həm bir-biriləri, həm də ölkələri ilə aktiv əməkdaşlıq etməsi onların kimlik şüurunu qlobal səviyyədə qorumağa kömək edir. Xaricdə yaşayan gənclərin Azərbaycan tarixini, mədəniyyətini, dövlətçilik ideyasını xarici auditoriyaya çatdırması milli kimliyimizin beynəlxalq təbliğində vacib yer tutur. Bu, həm də gənclərin özlərini “qərib” yox, “vətənin nümayəndəsi” kimi hiss etməsinə şərait yaradır.

Müstəqil Azərbaycanın qurduğu gənclər siyasəti milli kimlik və vətənpərvərlik tərbiyəsini davamlı və sistemli şəkildə reallaşdıran siyasət kimi formalaşıb. Dövlət tərəfindən ardıcıl olaraq həyata keçirilən təqaüd proqramları, könüllülük hərəkatları, gənclər təşkilatlarının genişləndirilməsi, hərbi-vətənpərvərlik tədbirləri, intellektual yarışlar, idman və mədəniyyət layihələri gənclərin həm öz potensialını kəşf etməsinə, həm də milli kimliklə daha güclü bağ qurmasına imkan verir. Bu fəaliyyətlər təkcə ideoloji iş kimi deyil, həm də praktiki sosial kapital formalaşdıran mühüm mexanizmdir.

Milli mənlik şüurunun və vətənpərvərliyin inkişafı yalnız ideoloji proses deyil, həm də sosial və psixoloji dinamikadır. Gənclərin dövlətə inamı, gələcəyə ümidlə baxması, özünü dəyərli hiss etməsi, sosial ədalət duyğusu da milli ruhu gücləndirən vacib faktorlardır. Azərbaycan gəncləri üçün yeni inkişaf imkanlarının yaradılması, rəqabətə dayanıqlı təhsil sistemi, beynəlxalq təcrübə qazanmaq şansı, inklüziv və ədalətli ictimai mühit formalaşdırılması onların milli mənlik şüurunun sağlam əsas üzərində inkişafına şərait yaradır. Gəncin özünü Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi hiss etməsi həm maddi rifahla, həm də mənəvi dəyərlərlə bağlıdır.

Mövcud reallıq göstərir ki, Azərbaycan gəncləri milli kimliyi müasir dünyagörüşlə və qlobal mədəniyyətlə uzlaşdırmağı bacaran nəsildir. Onlar həm texnoloji, həm intellektual, həm də sosial kompetensiyalar baxımından yeni dövrün tələblərinə cavab verirlər, amma eyni zamanda milli köklərə, dövlətçilik düşüncəsinə, tarixi yaddaşa bağlılıq nümayiş etdirirlər. Bu harmoniyanın mövcudluğu Azərbaycanın gələcəyi üçün mühüm üstünlükdür.

Nəticə etibarilə, gənclərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik tərbiyəsi Azərbaycan cəmiyyətinin davamlı inkişafının, təhlükəsizliyinin və dövlətçilik ənənələrinin qorunmasının əsas sütunlarından biridir. Bu sahədə aparılan işlərin sistemli, dərin və ardıcıl olması ölkənin strateji maraqları ilə tam uzlaşır və gələcək nəsillərin daha güclü, daha milli və daha müasir formalaşmasına imkan yaradır. Azərbaycanda milli kimliyin yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə doğru inamla addımlamaq olduğunu dərk edən gənc nəsil formalaşır və bu nəsil müstəqil dövlətçiliyin ən etibarlı təminatçısıdır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri