Icma.az
close
up
RU
Türk dünyası üçün mühüm çağırış

Türk dünyası üçün mühüm çağırış

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır

Türk Dövlətləri Təşkilatının (TDT) dünyada nüfuzunun artırılması və qurumun institusional təsisatlanmasının möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilir. Üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin təmasları da məhz bu məqsədə xidmət edir. Bu günlərdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayaraq keçilən birgə yola və dünyadakı yeni reallıqlar şəraitində Türk dünyasının qarşısında duran çağırışlara diqqət çəkib. Dövlətimizin başçısı Bakının ev sahibliyi etdiyi tədbirin əqli mülkiyyət institutları arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, Türk dünyasının qlobal rəqabətdə geri qalmamasının təmin edilməsi məqsədilə hərtərəfli inkişaf üçün əlverişli mühitin formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

İkinci Görüşün respublikamızın TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq birgə Bəyannamə imzalanıb.

Xatırladaq ki, TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Birinci Görüşü 2025-ci il avqustun 20-də Qırğızıstanın Bişkek şəhərində baş tutub.

Azərbaycan türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Azərbaycan türk dünyasında vacib rol oynayır. Biz qürur duyuruq ki, türk dövlətlərinin institusional birliyinin təməli məhz Azərbaycanda qoyulub. 2009-cu ilin oktyabr ayında türk dövlətləri başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə Naxçıvan Sazişinin imzalanması ilə Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub. Bu tarixi hadisə türk dünyasının geostrateji mənzərəsini köklü şəkildə dəyişib. Sonrakı mərhələlərdə də türk birliyinin möhkəmlənməsində hər zaman Azərbaycanın artan rolu diqqət çəkib. İndiyədək Prezident İlham Əliyev türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni inteqrasiyanın daha da dərinləşməsini hədəfləyən çoxsaylı təşəbbüslər irəli sürüb və həmin təşəbbüslər TDT-yə üzv dövlətlər tərfindən böyük məmnunluqla qarşılanıb. Dövlətimizin başçısı türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər.

Belə həssas yanaşmanın təzahürü olaraq Azərbaycan mütəmadi qaydada TDT-nın müxtəlif tədbirlərinə məmnuniyyətlə ev sahibliyi edir. Xatırladaq ki, 2024-cü il iyulun 6-da ilk dəfə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ötən il oktyabrın 7-də isə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü baş tutub. Tarixi şəhərimiz olan Qəbələnin ev sahibliyi ilə keçirilən Zirvə Görüşü TDT-nın inkişafında starteji bir addım kimi dəyərləndirilir. Tədbir çərçivəsində qəbul olunan qərarlar və birgə Bəyanat qarşıdakı strateji mərhələdə türk dünyasının əsas hədəflərini müəyyənləşdirib.

Qəbələ Zirvə Görüşündə TDT-yə sədrlik dost Qırğızıstandan Azərbaycana keçib. Məlumdur ki, respublikamızın TDT-də bundan əvvəlki sədrliyi qlobal pandemiya dövrünə təsadüf edib. Azərbaycan əvvəlcədən məsuliyyətli bir gündəlik müəyyənləşdirmişdi. Ancaq qlobal pandemiyanın yaratdığı çağırışlar fərqli idi və buna görə də respublikamız gündəliyini yeni tələblərə uyğunlaşdırmaq məcburiyyətində qaldı. Həmin çətin günlərdə Prezident İlham Əliyev o mövqedən çıxış etdi ki, qlobal çağırışlara ancaq beynəlxalq həmrəyliyi gücləndirməklə cavab vermək mümkündür. Beləliklə, dövlətimizin başçısının təşəbbüsü ilə türkdilli ölkələrin dövlət başçılarının onlayn formatda çox mühüm Zirvə Görüşü təşkil olundu. Bu, qlobal pandemiya dövründə beynəlxalq səviyyədə təşkil olunan ilk belə tədbir idi.

Həmin təcrübəyə istinad edərək belə bir qənaəti əminliklə ifadə edə bilərik: Azərbaycan bu dəfə də liderlik keyfiyyətləri nümayiş etdirməklə uğurlu sədrlik həyata keçirəcək. “Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər etmişdir”, - deyə Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində vurğulayıb.

Yeni mərhələnin əsas vəzifələri

Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, mənəvi-milli dəyərlər, təhlükəsizlik və müdafiə sənayesi kimi mühüm sahələrdə dərinləşir. Bu gün Türk dünyası nəhəng bir coğrafiyanı və böyük potensialı əhatə edir. TDT-yə daxil olan ölkələrin ümumi ərazisi 4,2 milyon kvadratkilometrdən çoxdur, əhalisinin sayı isə 180 milyona yaxındır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın iqtisadi göstəriciləri birlikdə nəzərdən keçirildikdə, TDT-yə üzv dövlətlərin məcmu nominal ümumi daxili məhsulu 2 trilyon ABŞ dollarını əhəmiyyətli dərəcədə ötür. Bu iqtisadi potensial vahid iqtisadiyyat kimi qiymətləndirilirsə, TDT-yə üzv dövlətlər dünyanın təxminən 12 ən böyük iqtisadi gücü sırasında yer ala bilər. Bu böyük demoqrafik və ərazi potensialı, zəngin təbii resurslar, strateji nəqliyyat dəhlizləri və iqtisadi gücü türk dünyasını qlobal siyasətdə söz sahibinə çevirir.

Türk dünyası yalnız geniş coğrafiya, böyük iqtisadiyyat, artan əhali anlamına gəlmir. Türk xalqları dünyada elmin, sivilizasiyanın inkişafına da tarix boyunca sanballı töhfələr veriblər. Tarixi İpək Yolunun mərkəzində yerləşən türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olmuşdur. Prezident İlham Əliyev vurğulayıb ki, xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır.

Eyni zamanda, biz yalnız keçmişdə yaradılan zəngin irslə fəxr etməklə kifayətlənməməliyik. Bu gün bütün dünya kimi, türkdilli ölkələr də mühüm çağırışlarla üzləşib. Bu çağırışlar ilk növbədə rəqəmsallaşmanın sürətlə həyatımıza daxil olması ilə bağlıdır. Süni intellekt texnologiyalarının böyük üstünlüklər yaratması ilə bərabər, riskləri də kifayət qədər böyükdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, süni intellektin, rəqəmsallaşmanın və digər yeni həllərin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir. Bu prosesdə texnoloji tərəqqinin yaratdığı imkanlardan səmərəli yararlanmaqla yanaşı, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqları arasında optimal tarazlığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, habelə süni intellektin tətbiqinin genişləndirilməsi sahəsində elmi tədqiqatların və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesdə türkdilli ölkələr arasında koordinasiyalı fəaliyyətlərin təmin olunması çox vacibdir. “Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri