Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Azərbaycan gəncliyi yad təsirlərə “yox” deyir

Azərbaycan gəncliyi yad təsirlərə “yox” deyir

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gənclik illəri insan ömrünün ən gözəl, ən dinamik, ən yaddaqalan illəridir. İnsan bu illərdə özünü təsdiq edir, həyatı anlayır, onun şirinliyindən zövq almağa çalışır. Gənclik elə bir qüvvədir ki, onun gücünü  anlamaq, bu gücün nəyə qadir olduğunu bilmək insana sonra nəsib olur. Çünki, hər birimiz o illərdə zamanın daimi olduğunu düşünür, bu illərin qədrini tam olaraq bilmirik. Lakin gənclik elə bir qüvvədir ki, həyatda onun gücü ilə həll olunmayan   heç bir məsələ yoxdur. 

Təki bu gəncliyin gücündən düzgün istifadə olunsun, o güc düzgün istiqamətdə axara salınsın. Azərbaycan gəncliyi 2020-ci ildə, 44 günlük Vətən müharibəsində belə bir sarsılmaz güc nümayiş etdirdi. Bu gücün qarşısında bütün dünya həqiqətləri etiraf etməyə məcbur oldu. Dünya bir gənclik dərsi, bir birlik dərsi, bir vətənpərvərlik dərsi aldı. O dərsi cəbhədə xain düşmənə öz parlaq qələbəsi ilə Azərbaycan gəncliyi verdi. Bu gənclik sübut etdi ki, güc birliyi, amal, əqidə birliyi nəyə qadirdir. Düşmənin illər ərzində yaratdığı müdafiə sədləri belə gücün qarşısında tab gətirmək iqtidarında deyil, çünki, bu gənclik muzdla döyüşən əsgərdən fərqlənirdi, Azərbaycan əsgəri, Azərbaycan döyüşçüsü öz torpağı uğrunda, öz vətəni uğrunda döyüşürdü, öz ana və bacılarının namusunu təmizləmək uğrunda döyüşürdü, Xocalının qisasını almaq üçün, bir milyon qaçqının göz yaşını silmək üçün döyüşürdü.

1996-cı il fevralın 2-də keçirilən Gənclərin  I Forumunda ulu öndər Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. Elə o gündən də gənclər məsələsi Azərbaycan dövlətinin bir nömrəli prioritet məsələsi oldu. Dövlət öz gəncliyinə inandı və öz gəncliyinə arxalandı. Bunun üçün ilk öncə gənclərin təhsil məsələsi önə çıxarıldı. Gəncliyimiz yaxşı təhsil almalı, onların intellektual səviyyəsi müasir dünyaya nəinki uyğunlaşmalı, dünya Azərbaycan gəncliyinin bilik və bacarığının nəyə qadir olduğunu da görməli idi. Çünki, bu gəncliyin qarşısında həll olunmalı bir çox məsələlər var idi ki, onun da ən ön sırasında işğal altında olan torpaqların işğaldan azad olunması dururdu. Artıq elə bir zamana gəlmişik ki, üzbəüz döyüşdən güclü döyüş növləri var. Bu beyin döyüşü, kiber döyüşlərdir. Kompüterin bir düyməsini basmaq kifayət edir ki, kiber hücumla bir ölkənin bank sistemini çökdürəsən, iqtisadiyyatına güclü zərbə vurasan, hərbi sirlərini oğurlayasan və sair. Xüsusi işlənmiş kompüter proqramları yeniyetmə və gənclərin beyninə təsir edir, onları müxtəlif cinayətlərə sövq etdirir, onlarda zərərli vərdişlər aşılayır. Bunları saymaqla qurtarmaq olmur. Belə təsirlərdən yeniyetmə gənclərimizi yalnız yaxşı təhsillə, məşğulluq problemlərinin həlli ilə, gənclərimizin idmana yönəldilməsi ilə qorumaq mümkündür. Əqidəsi saf olan gənc heç vaxtı belə təsirə məruz qalmır. Azərbaycan gəncliyi yad təsirlərə “yox” deyir.

“Qarabağı mənim prezidentliyim dönəmində böyüyən, təhsil alan gənclər işğaldan azad etdilər”-deyən Ali Baş komandan İlham Əliyev heç də bu sözləri nahaqdan deməmişdi. Bu gəncliyə vətənpərvərlik hissləri elə aşılanmışdı ki. onlar bir qarış torpağı belə düşməndə qoymaq niyyətində deyildilər. İllər uzunu bizlərə məktəblərimizdə yadellilərin yazdığı tarix öyrədilmişdi. Erməni xalqı əzilən, hər daim zülümə düçar olan, oz dövlətini qurmaqda çətinlik çəkən  bir xalq kimi göstərilirdi bu tarix kitablarında. Əsil tariximiz mıəktəblərdə müstəqillik illərində keçilməyə başlandı və bizim böyüyən nəslimiz sərhədlərimizin hüdudlarını bildi, işğalçını tanıdı, onun arxasında duran havadarların kim olduğunu bildi. Beynəlxalq təşkilatların ikiüzlü siyasətinin şahidi olduq. Biz gördük ki, türkün türkdən başqa nə dostu var, nə də qardaşı. Bu ikiüzlü siyasətçilərin qarşısında  yalnız möhkəm siyasi iradəsi olan lider dura bilərdi. O lider ilk öncə Heydər Əliyev oldu, onun siyasətini davam etdirən isə, hal-hazırda bütün dünya siyasətində ön sırada dayanan müzəffər Ali Baş komandanımız İlham Əliyevdir. Onun siyasətinin əsasında vətən, millət, xalq durur. O bizim gəncliyimizin öndəridir, o bizim qələbəmizin təminatçısıdır, o bizim xarici siyasətimizin dayağı, müstəqilliyimizin təminatçısıdır. O hər zaman gəncliyə inandı, Azərbaycan gəncliyinin arxasında dayandı, bu gənclik də ona bəslənən etimadı qanı ilə, canı ilə doğrultdu. Azərbaycan gəncliyi 200 ildən artıq davam edən tarixi ədalətsizliyi  bərpa etdi, torpaqlarımız işğaldan azad olundu.  O gəncliyin arxasında bir də xalq durmuşdu, o gəncliyin arxasında milli birliyimiz durmuşdu, Azərbaycanda yaşayan hər bir millətin bu torpağa olan sevgisi, məhəbbəti durmuşdu. Qələbəmiz məhz bu dəyərlərdən ilham alırdı, onun güc mənbəyi bu dəyərlər idi.

44 günlük müharibənin dərsləri hələ uzun illər öyrəniləcək və yazılacaqdır. Nə vaxt yazılmasından asılı olmayaraq bu tarixin baş qəhrəmanları bizlərə qələbə sevinci yaşadan, Şuşa nisgilimizə son qoyan, Xankəndinin şərəfini özünə qaytaran, Xocalının qisasını alan, Xudafərin həsrətimizə son qoyan igid döyüşçülərimiz, əsgər və zabitimiz  olacaq. Azərbaycan gəncliyi  keçdiyi bu şərəfli döyüş yolu ilə əsil vətənpərvərlik imtahanı verdi. Bundan sonra gələn nəsillər üçün bundan gözəl nümunə ola bilməz.

Elmira Mehdiyeva

Yazı “Yeni Fikir” JHİB-nin həyata keçirdiyi “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində hazırlanmışdır

 

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see349

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see167

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see163

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri