Icma.az
close
up
RU
Azərbaycan yumorunun ustası yox, fəhləsi

Azərbaycan yumorunun ustası yox, fəhləsi

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda, əlbəttə, yaxşı yumor ustaları var. Ancaq məncə, Fərda Xudaverdiyev yumorun fəhləsidir. Sözsüz ki, o da bu yolda daş qoyub, fəqət elə yolu kəsmək üçün.

Əslində, illər əvvəl “Tək səbir” layihəsində Fərda o qədər də pis deyildi, ümidverici gənc kimi görsənirdi. Ancaq deyəsən, ona cüt səbir düşürmüş, “Tək səbir”-dən sonra heç nə alınmadı.

Yaxşı xatırlayıram, Fərda bir zamanlar Şekspirə bəstəkar dediyi görə özünün bacarmadığı gülüş hədəfinə gəlmişdi. Sonradan açıqlama da verib demişdi ki, “Şekspiri tanıyıram, bilərəkdək ona bəstəkar demişəm. Müsahibə zamanı mənə dedilər ki, maraqlı açıqlama ver, xəbər oxunaqlı olsun. Mən də Şekspiri bəstəkar adlandırdım. Təbii ki, zarafat etmişəm”.

Ancaq belə məqamda demək yerinə düşür:

“Zarafat eləmə, qurbanın olum”.

Fərda Xudaverdiyivin yumor adına etdiyi şeylərdə adamın gözündən yaş gəlir. Amma gülməkdən yox, ağlamaqdan. Bu mənada, Fərda zarafat eləməsə daha gülməlidir.

Bu günə qədər Fərdanın heç olmasa, bircə ciddi yumoru da yoxdur. Ancaq özündən soruşsan, deyəcək, mən olan yerdə Cem Yılmaz kimdi?

Fərdanın zarafatlarının skeleti var, ətini isə tapmaq olmur. Çünki adamın da əti tökülür.

Faciə budur ki, Fərda gülməlidir. Ancaq gülməli olan onun yumoru bacarmaması, beləcə, özünün gülməli görsənməyidir.

Məsələn, maraqlıdır, indiyə qədər kimin yadında Fərdanın bir maraqlı yumoru qalıb? Qalıbsa da, həmin yumor mütləq qurşaqdan aşağı zarafatlar ola bilər. Əlbəttə, bu məsələ haqqında da özündən soruşsan deyəcək ki, bəs mən nə edim, camaat məndən bunu istəyir zad.

Hərdən mənə elə gəlir ki, camaat ona gülməməkdən bezib gülür.

Bəlkə də, Fərda səhnəyə güldürməyə yox, elə belə, öz ürəyini boşaltmaq üçün çıxır, ancaq olan da tamaşaçıya olur.

Başqa sözlə ifadə etsək, Fərda Xudaverdiyevin komediyası fast-food kimidir. Ayaqüstü yeyirsən, bəzən xoşuna da gəlir, ancaq sonradan mütləq ziyanı olacaq.

Fərda təkcə səhnədə olanda, stəndap edəndə yox, çəkildiyi filmlərdə də uğursuz rollar sərgiləyib.

Bir sözlə, onun ən yaxşı halda ortababa yaxın bir sənət adamı hesab etmək olar. O da gözünü açandan bu işlə məşğul olduğu üçün.

Sigmund Freud deyirdi ki, yumor daxili gərginliyi boşaltma üsuludur. İnsan acını, qorxunu və ya utancı birbaşa ifadə edə bilməyəndə onu zarafata çevirir. Ən qara yumor belə ən ağır travmalardan doğur.

Bəlkə də, Fərda Xudaverdiyev yumor etməzdən əvvəl yumor nədir, necə olur kimi məsələlərlə maraqlansa, bir balaca fəlsəfəsini bilsə, nə zamansa adamın dodağını qaçıracaq zarafatlar da edə bilər.

İndiki halda adam ona baxanda əsəbdən dodağını dişləyə bilər.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri