Icma.az
close
up
RU
“Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb” SORĞU

“Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb” SORĞU

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər hər bir dövlətin, millətin gələcəyidir. Gələcək uğurlarını təmin etmək istəyən hər bir dövlət gənclərinə diqqət göstərməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən həssas yanaşdığı mövzulardan biri gənclərdir. Ölkədə gənclərin inkişafı, sosiallaşmağı fonunda mühüm addımlar həyata keçirilir. SİA dövlətin gənclər siyasəti və gənclərə qarşı göstərilən diqqətlə bağlı gənclərin fikirlərini öyrənib.

ATGTİ-nin Mətbuat Katibi Fidan Əzizova: “Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin strateji istiqamətlərindən biridir. Gənclərin intellektual, sosial və mədəni inkişafını təmin etmək məqsədilə müxtəlif proqramlar və institusional mexanizmlər tətbiq olunur.

Təhsil, elm, innovasiya və məşğulluq sahələrində gənclərin potensialının üzə çıxarılması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Onların peşəkar bilik və bacarıqlarının artırılması, müasir texnologiyalara inteqrasiyası və yaradıcı təşəbbüslərinin dəstəklənməsi prioritet məsələlərdən biridir. Gənclərin sosial rifahının yüksəldilməsi istiqamətində də mühüm addımlar atılır. Dövlət tərəfindən həyata keçirilən proqramlar onların karyera imkanlarını genişləndirməklə yanaşı, fərdi inkişafına da dəstək verir. Eyni zamanda, gənclərin ictimai həyatdakı fəallığını artırmaq, onların dövlət idarəçiliyində və qərar qəbuletmə prosesində iştirakını təmin etmək məqsədilə müxtəlif təşviqedici mexanizmlər mövcuddur.

2 Fevral – Gənclər Günü, ölkəmizdə bu diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan gəncləri innovasiya, elmi tədqiqat, mədəniyyət və idman sahələrində qlobal arenada öz sözünü demək iqtidarındadır. Onların bilik və bacarıqları, sosial məsuliyyəti və vətənpərvərliyi Azərbaycanın davamlı inkişafına xidmət edir. Bu münasibətlə bütün gəncləri təbrik edir, yeni nailiyyətlər və uğurlar arzulayıram!”.

Turə Rəcəbova: “Ölkəmizdə hər il 2 Fevralda Gənclər Günü qeyd olunur və bu, gənclərə göstərilən diqqət və qayğını əks etdirir. Gənclərin inkişafı üçün dövlət tərəfindən müxtəlif proqramlar və layihələr həyata keçirilir, onlara təhsil, peşə bacarıqları qazandırılır və sağlam həyat tərzi təşviq edilir. Eyni zamanda, gənclər üçün könüllük fəaliyyətləri önəmli yer tutur, çünki bu fəaliyyətlər onların sosial məsuliyyətini artırır, şəxsi inkişaflarını dəstəkləyir və liderlik bacarıqlarını inkişaf etdirir. Cənab Prezident İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir, gənclərə xüsusi diqqət ayırır və onların sosial layihələrdə aktiv iştirakını dəstəkləyir. Bu siyasət, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə əsasını qoyduğu gənclər siyasətinin nəticəsidir. Cənab Prezidentin təşəbbüsləri nəticəsində, Azərbaycan gəncliyi həmin istiqamətdə daha fəal və təsirli bir rol oynamağa davam edirlər. Gənclər Günü bu inkişafın və dəstəyin simvolu olaraq hər il qeyd olunur. Azərbaycan Respublikasında gənclərə verilən dəstək, onların ölkə həyatında mühüm yer tutmasına şərait yaradır”.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Fatimə Mirzəyeva​: “Hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunan bu tarix 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə təsis edilib və ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət siyasəti çərçivəsində gənclərin təhsil, inkişaf və ictimai fəallığına geniş imkanlar yaradılır. Gənclər siyasətinin əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq və onları ölkənin inkişafında fəal iştirak etməyə təşviq etməkdir. Hər il minlərlə gənc müxtəlif təqaüd və qrant proqramlarından yararlanaraq öz ideyalarını reallaşdırır.
Dövlət gənclərin xaricdə təhsil alması, innovativ layihələr reallaşdırması və startaplar qurması üçün geniş imkanlar yaradır. Gənclərin natiqlik, liderlik və analitik düşüncə bacarıqlarını artıran qurumlardan biri də “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İB-dir. DVC müxtəlif debat turnirləri, təlimlər və layihələr vasitəsilə gənclərin intellektual və sosial inkişafına töhfə verir. Təşkilat, həmçinin, gənclərin şəxsi təşəbbüslərini reallaşdırmaq üçün geniş dəstək göstərir.
Azərbaycanda gənclərə göstərilən bu diqqət onların ölkənin inkişafında aktiv iştirakına şərait yaradır. Dövlət və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə gənclər üçün daha çox imkanlar açılır və onların potensialı maksimum dərəcədə dəyərləndirilir”.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramının üzvü Əflatun Əliyev​ : “2 Fevral Gənclər Günü Azərbaycanda gənclərə göstərilən diqqət və qayğının təzahürüdür. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə təsis olunan bu əlamətdar gün gənclərin cəmiyyətdəki roluna xüsusi önəm verir. Heydər Əliyev gənclərin vətənpərvər ruhda formalaşması və təhsil imkanlarının genişləndirilməsi üçün mühüm addımlar atmışdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək gənclərin inkişafına yönəlmiş dövlət proqramlarını həyata keçirməkdədir. Gənclər Fondunun yaradılması istedadlı gənclərin dəstəklənməsinə xidmət edir. "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına töhfə vermişdir. Dövlətin gənclərə göstərdiyi qayğı onların beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsinə şərait yaratmışdır. Xüsusilə Qarabağ Zəfərində gənclərin fəal iştirakı və Vətən sevgisi bu qayğının bəhrəsi olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. 2 Fevral Gənclər Günü dövlətin gənclərə verdiyi dəyərin rəmzi olaraq xüsusi əhəmiyyət kəsb edir”.

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin İdarə Heyətinin üzvü​ Xəyal Məmmədliyev: “Prezident cənab İlham Əliyevin gənclərə dəstək və diqqət göstərməyinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu, hər bir Azərbaycan gəncində, eyni zamanda, onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident cənab İlham Əliyevin tərəfinizdən uğurla davam etdirilir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə atılan addımlar və qəbul olunan qərarlar gələcəyə hesablanmış uğurlu strategiyanın təzahürüdür. Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət gənclər siyasətinin effektivliyinin göstəricisidir. Bu gün münasibətilə Azərbaycan Gənclərini təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayırıq. Eşq olsun Azərbaycan Gənclərinə! Yaşasın müstəqil Azərbaycan!”.

Gənclərin Anti-Narkomaniya İctimai Birliyin Mətbuat Katibi Lalə Səfərova: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir.

Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri