Icma.az
close
up
RU
Azərbaycan geri addım atmayacaq: Həlledici dövr yaxınlaşır

Azərbaycan geri addım atmayacaq: Həlledici dövr yaxınlaşır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son çıxışı birmənalı qarşılanmayıb.

O, AŞPA-nın plenar iclasında Ermənistan-Azərbaycan Vaşinqton razılaşmaları ilə bağlı sual verərkən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etdiyinə görə qurumun üzvünü tənqid edib.

Belə ki, Edvard Ley Baş nazirə “Zəngəzur dəhlizi”nin Ermənistan üzərindən açılması Azərbaycanın olduğu qədər Ermənistanın da maraqlarına xidmət edəcəkmi?” sualını ünvanlayıb. Paşinyan isə britaniyalı nümayəndəyə əsəbiləşərək “O ifadəni haradan oxumusunuz? Belə bir ifadə yoxdur, olmayıb və əmin olun ki, Ermənistanla Azərbaycanın razılaşdırdığı heç bir sənəddə olmayacaq” cavabını verib. 

Qeyd edək ki, Paşinyanın Moskvadan qayıtdıqdan sonra belə çıxış etməsi diqqət çəkir. Rusiya səfəri onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişib? Paşinyanın bu dəyişkən ritorikasına səbəb nədir? 

Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindəki ziddiyyətlər bir daha Ermənistan rəhbərliyinin daxili və xarici təzyiqlər arasında vahid mövqe sərgiləyə bilmədiyini göstərir:

“Əvvəllər verilən bəyanatlarla indiki açıqlamaları arasında kəskin fərqin olması da təsadüfi deyil. Bu, əslində Ermənistanın qeyri-sabit siyasətinin bariz nümunəsidir. Aydındır ki, Paşinyan Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir. Bu təsir mexanizmləri böyük ölçüdə illərdir kök salmış narrativlər fonunda cərəyan edir. Təbii ki, irəlidə Ermənistan üçün daha həlledici dövr yaxınlaşır və Baş nazir situasiyanı mümkün qədər öz nəzarətində saxlamağa çalışır”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycan dəfələrlə Zəngəzur dəhlizi ifadəsinin süni şəkildə siyasiləşdirildiyini bəyan edib:

“Bizim üçün zəruri olan addan daha çox razılaşmaların işlək mexanizmə çevrilməsidir. Yəni əsas məqsəd bölgədə yeni reallıqlar fonunda nəqliyyat-kommunikasiya xətlərinin açılması, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsi, regionun iqtisadi inteqrasiyası və əməkdaşlıq mühitinin yaradılmasıdır. Ermənistan isə gah qəbul edib, gah da inkar etməklə özünü dalana salır”. 

Günay Ağamalı qeyd edib ki, Azərbaycan üçün önəmli olan Azərbaycanın milli maraqlarının təmin edilməsidir: 

“Heç bir dövlət, o cümlədən Ermənistan, Azərbaycanın iradəsini nəzərə almadan bölgədə qərar qəbul edə bilməz. Paşinyanın gah Moskvadan, gah Qərbdən aldığı təlimatlara uyğun mövqeyini dəyişməsi isə nə Ermənistanın, nə də bölgənin xeyrinədir. Azərbaycan öz prinsipial mövqeyini açıq şəkildə ortaya qoyub və bundan sonra da geri addım atmayacaq”. 

Elmir Mustafa
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri