Azərbaycan millisi Gəncədə həlledici oyunlara hazırlaşır
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2029-cu il Avropa Çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi son qrup oyunlarına hazırlığa start verir.
İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda 7-14 iyunda Gəncə şəhərində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesinə Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz dəvət alıblar.
Toplanış millimizin Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi vacib matçlara hazırlıq məqsədi daşıyır. Bu oyunlar qrup mərhələsində Azərbaycan komandası üçün xüsusi əhəmiyyət kəsb edir.
Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 İyun 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















