Azərbaycan gimnastikasının tanınmış nümayəndəsi vəfat edib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan gimnastikasının tanınmış nümayəndələrindən biri, SSRİ idman ustası, Əməkdar artist, Azərbaycan idmanına öz töhfəsini vermiş Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, Züleyxa Hacıyeva Azərbaycan idmanı və mədəniyyətində özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlərdən biri olub.
O, 1941-1948-ci illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu olub və ölkəmizdə qadın gimnastikasının ilk inkişaf mərhələsində mühüm rol oynayıb.
Züleyxa Hacıyeva uzun illər özünəməxsus səsi ilə “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı kimi Azərbaycan radio məkanının da tanınmış simalarından biri olub.
Bu mövzuda digər xəbərlər:Azərbaycan futbolunun tanınmış məşqçisi vəfat edib
06 İyul 2026 16:27
Azərbaycan futbolunda çalışmış tanınmış həkim vəfat edib
07 Fevral 2025 00:34
Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər
09 Sentyabr 2025 13:28
Azərbaycan romançılığının parlaq nümayəndəsi
10 İyul 2025 09:58
Tanınmış nəslin nüfuzlu nümayəndəsi
18 Sentyabr 2025 18:03
Baxış sayı:92
Bu xəbər 03 Sentyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















