Icma.az
close
up
RU
Azərbaycan romançılığının parlaq nümayəndəsi

Azərbaycan romançılığının parlaq nümayəndəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabir Əhmədli – 95

Gözəl xatirələrin “yaşıl ağac”ı, İkinci Dünya müharibəsində igidliklə həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı, Qarabağ savaşına könüllü yollanaraq şəhadətə ucalmış Məhəmməd Əhmədlinin atası – Xalq yazıçısı Sabir Əhmədli Azərbaycan ədəbiyyatında ən çox roman yazan müəlliflərdən olub. Onun 20-dən artıq romanı çap edilib.

Sabir Əhmədli özü də sənətinin, məsləkinin canlı şəhidi idi. Yazdığı əsərlər yorulmaz yaradıcı əzmindən soraq verirdi. Onu saf qələm sahibi kimi yazılı abidələri yaşadır.

O, ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuş “Poçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərləri və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə dərc edilib. Sonralar “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Qanköçürmə stansiyası”, “Mavi gümbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Şəhid ruhu” və s. kitabları işıq üzü görüb, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləri ilə qələmə alınmış əsərləri ilə ədəbiyyatımıza böyük xidmət göstərib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Romanları bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Onun filmoqrafiyası da var. “Qayıdacağına inanırdı”, “Araz üzərində işıq”, “Şəfa bulağı” sənədli filmlərinin ssenari müəllifi olub. Əbdürrəhim bəy Haqverdiyevin hekayələri əsasında çəkilmiş “Evlənmək istəyirəm” adlı filmin ssenarisini isə İsi Məlikzadə ilə birgə yazıb. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, ona Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilib.

Sabir Əhmədlinin davranışları da örnək olub. Heç vaxt haqqı nahaqqa verməyib. Bir vaxt Məmməd Arazı partiyadan uzaqlaşdırmaq üçün keçirilən iclasda yalnız o, sinəsini qabağa verərək, şairi müdafiə edib və yanlış qərara etirazını bildirib. Bir dəfə də “Ədəbiyyat qəzeti”nin baş redaktoru olduğu vaxt Yazıçılar Birliyində qəzetin müzakirəsi zamanı səslənən nahaq iradlar Sabir Əhmədlini bərk qəzəbləndirib (Əslində, həmin iradlar onu işdən çıxarmaq üçün bəhanə idi). Odur ki, “Keçmə namərd körpüsündən, qoy, aparsın sellər səni” – deyərək iclası tərk edib və bir də o redaksiyaya ayaq basmayıb.

...Yazıçı 1985-ci ilin 9 mayında qardaşı Cəmil Əhmədlinin abidəsini uzaq Varşavada tapandan sonra vətənə qayıdaraq, Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir. O zaman üçün bu, çox müşkül məsələ idi. Amma əsərlərində həqiqəti car çəkməkdən qorxmadığı kimi, burada da öz həyat prinsipinə sadiq qalır. Araza və o taylı türk ellərinə bağlı olan yazıçı üçün bu, əsl ilham mənbəyi olacaqdı deyə, rayon rəhbərliyi etiraz etmir və birlikdə sərhədə gedirlər. Beləliklə, yazıçı Xudafərinə heç kimin gedə bilməyəcəyi məsafə qədər yaxınlaşır.

O, İkinci Dünya müharibəsindən sonrakı dövrü əsərlərində ən parlaq boyalarla təsvir edən yazıçılardan biri olub. “Sabir Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur” (Qulu Xəlilov).

Daha sonra, ötən əsrin 90-cı illərinin ictimai-siyasi təbəddülatları, 20 Yanvar faciəsi, Qarabağ savaşı Sabir Əhmədlinin əsərlərinə güclü sirayət edib. Konflikt, çarpışma daim işlək olub. Bu dəfə yazıçını düşündürən nəsnələr “olumla ölüm, cənnətlə cəhənnəm, ruhlar aləmi ilə həqiqət dünyası, zalımlıq və adillik” (Famil Mehdi) məqamları idi. Haqq işimizə həsr etdiyi romanlarda metafizik anlamda çevrilmə (Elnarə Akimova) baş verib. “Kütlə”, “Yanvar hekayələri”, “Axirət sevdası”, “Kef”, “Ömür urası” və ölümündən sonra çap olunan “Yazılmayan yazı” əsərləri Sabir Əhmədlinin ölkədə yaşanan olaylara həssas yazıçı baxışıdır.

“Hərbçilərimizin, siyasətçilərimizin, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində, yalqız-qocaman bir yazıçı həyata keçirdi – işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı” (Həmid Herisçi).

Görkəmli yazıçı, unudulmaz səmimi insan Sabir Əhmədlinin işıqlı xatirəsi onu tanıyanların və oxucularının qəlbində daim yaşayacaq.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri