Icma.az
close
up
RU
Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır

Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Son illər Azərbaycan dünya beyin mərkəzlərinin analitiklərinin iştirakı ilə qlobal gündəliyin aktual məsələləri ətrafında faydalı müzakirələrin aparıldığı məkan qismində çıxış edir. Dinamik iqtisadi inkişaf, artan imkanlar, Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpü olması, yeni çağırışlara həssas yanaşma sərgiləməsi və əlbəttə ki, cəmiyyətin tolerantlğı Azərbaycanın cəlbediciliyini artıran əsas amilllərdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində işinə başlayan 7-ci ADA beynəlxalq forumu üçün “Yeni Dünya Nizamına Doğru” mövzusu seçilib. Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Aprelin 9-da Bakı şəhərində ADA Universitetinin evsahibliyi ilə davam edən forumda isə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib, beynəlxalq ekspertlərin çoxsaylı suallarını cavablandırıb.
Millət vəkilinin sözlərinə görə, dünyada müşahidə edilən proseslər və sürətlə dəyişən reallıqlar fonunda beyin mərkəzlərinin rolu artıb. Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Burada yüksək səviyyəli analitiklərin çalışdıqları beyin mərkəzlərinin rolu önə çıxır. Prezident İlham Əliyev Forumda qlobal aktual problemlər, yeni dünya nizamı, Cənubi Qafqaz regionunda vəziyyət, postmünaqişə dövründə baş verən proseslər və digər aktual məsələlərlə bağlı dərinməzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoyub.
Cənubi Qafqazda vəziyyətə gəlincə, dövlət başçısının dediyi kimi, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Müharibədən sonrakı vəziyyət isə əsasən Ermənistandan asılıdır. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib,
Qarabağda erməni separatizminin kökünü kəsib. Ancaq nəzərə alaq ki, sülh sazişi imzalanmayıb. Ona görə də, dövlətimiz potensial təhlükələri nəzərə alaraq özünü müdafiə etməyə və Ermənistanın təxribatlarına cavab verməyə hər an hazır olmalıyıq. Dövlətimizin başçısı sülh sazişinin imzalanması perspektivləri iə bağlı bildirib: “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır. Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş imicini möhkəmləndirir, dostlarının sayını davamlı olaraq artırır. Məhz bu səbəbdəndir ki, müxtəlif ölkələr arasında yaranan problemlərin həllinə Azərbaycan dost ölkə olaraq töhfələr verir. Buna vaxtilə Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin aradan qaldırılması nümunəsini göstərmək olar. Cənab Prezident bununla bağlı qeyd edib: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsrail də Azərbaycan üçün dost ölkədir. Bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.
ABŞ-la münasibətlərə gəlincə, dövlət başçısının dediyi kimi, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Tramp administrasiyasının indiki siyasəti isə daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi ölkəmiz üçün prioritetdir. Bütövlükdə, beynəlxalq Forum yeni dünya nizamına ölkəmizin baxışının təqdimi baxımından mühüm tədbirdir.
Samir Vəliyev, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri