Icma.az
close
up
RU
“Azərbaycan orta gücə çevrilib və regionda söz sahibidir” POLİTOLOQ

“Azərbaycan orta gücə çevrilib və regionda söz sahibidir” POLİTOLOQ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın torpaqlarını azad etmək uğrunda böyük siyasi yol qət olunmuşdur. İşğal dövründə ölkəmiz bütün mümkün vasitələrdən istifadə edərək torpaqların azadlığına nail olmağa çalışdı. Son 5 ildə isə zəfər mərhələsindən keçərək post-müharibə diplomatiyasını həyata keçirmişik. Burada hər bir ifadənin, sənəddə imzalanan və təsdiqlənən hər bir müddəanın arxasında gərgin diplomatik iş dayanır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib:

“Hər bir söz, hər bir termin, hər bir cümlə və hər bir bəndin üzərində işlənmiş, nəticədə paraflanan sülh müqaviləsi ilmə-ilmə toxunmuşdur. Çünki açıq qalan maddələr, razılaşdırılmamış müddəalar var idi və biz bütün bunları aradan qaldırmağa nail olduq.

Əldə olunan uğurlardan biri Minsk Qrupunun fəaliyyətinə son qoyulmasıdır. Digər mühüm nailiyyət kommunikasiya xətlərinin açılmasıdır. ABŞ Prezidentinin də Cənubi Qafqazda yeni reallıqları qəbul etməsi və bunu rəsmən təsdiqləməsi böyük siyasi uğurdur. Təbii ki, bu prosesdən narazı qüvvələr də mövcuddur. Xüsusilə Rusiya və İranın narahatlığı açıq görünür. Lakin, məsələn, İrana toxunduqda bu narahatlıq daha çox ölkə daxilindəki monolit güc mərkəzlərinin, ali dini lider, Prezident, Sepah və digər mühafizəkar qüvvələrin xarici siyasətdə vahid mövqe ortaya qoya bilməməsindən qaynaqlanır. İran yaxşı anlayır ki, bu dəhlizin açılacaq və buna qarşı çıxış heç bir nəticə verməyəcək.

Rusiyaya gəldikdə isə, bu ölkənin müharibədən sonrakı ilk illərdə böyük imkanlara sahib olduğu bəllidir. Rəsmi Moskva 10 noyabr bəyanatına və 2020–2022-ci illərdə əldə olunmuş razılaşmalara istinad edirdi. Lakin hazırda yeni reallıqlar yaranmışdır. Hər iki dövlətin qətiyyəti və prinsipial mövqeyi nəticəsində kommunikasiya xətlərinin açılması istiqamətində irəliləyiş əldə olunmuşdur”.

Politoloq əlavə edib ki, artıq sərhəd buraxılış məntəqələri formalaşdırılır:

“Pasport nəzarəti müasir texnologiyalar və biometrik skanerlər vasitəsilə həyata keçiriləck. Bu isə sürətli mal dövriyyəsini və maneəsiz keçidləri, həm dəmir yolu, həm də avtomobil bağlantılarında təmin edəcək.

Vaşinqton razılaşmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də mühüm tranzit və nəqliyyat məsələləri müzakirə olundu. Artıq bu regionla bağlı dövlətlərarası strategiya və planların mövcudluğu aydın görünür və Azərbaycan da bu maraqların uzlaşdırılmasında fəal iştirak edir. Nəticə etibarilə, Azərbaycan bir bölgə dövləti olmaqdan çıxaraq orta gücə çevrilmiş, söz sahibi olmuşdur. Torpaqlarımızın azadlığı ölkəmizə yeni üstünlüklər qazandırmış, Azərbaycanın həm regiondaxili, həm də regiondan kənar ziddiyyətlərin həllində vasitəçilik rolunu gücləndirmişdir.

Bütün bunlar Vaşinqtonda da aydın görünür. ABŞ Prezidenti dəfələrlə Azərbaycanın müdrik və prinsipial liderliyini yüksək qiymətləndirib. Bu isə göstərir ki, ölkəmizin atdığı addımlar sülhə, sabitliyə və rifaha xidmət edir. Bu marşrut bölgədə dayanıqlı sabitlik formalaşdırır, təhlükəsizlik risklərini aradan qaldırır və münaqişə ehtimallarını minimuma endirir.

Zəngəzur dəhlizinin açılması həm regionda sülhün möhkəmlənməsinə, həm də gələcək nəsillərin müharibə ehtimalı ilə üz-üzə qalmamasına xidmət edəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri