Icma.az
close
up
RU
Azərbaycan güləşçiləri Avropanın ən güclü olduqlarını bir daha təsdiqlədilər ŞƏRH

Azərbaycan güləşçiləri Avropanın ən güclü olduqlarını bir daha təsdiqlədilər ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan millisinin 6-cı dəfə Avropa çempionu olması güləşçilərimizin qitənin ən güclü olduqlarını bir daha təsdiqlədi. Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropanın zirvəsini fəth etdi. Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb: 3 qızıl, 2 gümüş və 1 bürünc medal. Bu, 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisi deyib ki, bu, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. İdmançılarımız müxtəlif idman növləri üzrə Avropa, Dünya və Olimpiya oyunlarında, həmçinin nüfuzlu beynəlxalq yarışlarda qalib adını qazanaraq Azərbaycanın Bayrağının ən yüksəkliyə qaldırılmasına və Dövlət Himnimizin səsləndirilməsinə nail olurlar. Qalib güləşçiləri təbrik edən dövlətimizin başçısı bu qələbənin bizim hamımızı sevindirdiyini dedi: “Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə, nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”.

Ç.Qənizadə güləşimizin böyük ənənələri olduğunu vurğulayaraq deyib ki, idmançılarımız bu gün də bu ənənələri yaşadırlar. Hazırda təcrübəli güləşçilərlə bərabər gənc güləşçilərimizin də böyük nəticələr əldə etməsi idmanın bu növünün sürətlə inkişaf etməsindən xəbər verir. Hər dəfə nüfuzlu turnirlərdə, Avropa, Dünya və Olimpiya oyunlarında Dövlət bayrağımız ən yüksəkliyə qaldırılanda və Dövlət Himnimiz səsləndiriləndə bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini xalqımıza idmançılarımız bəxş edir və bu da, öz növbəsində, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.

Tanınmış hüquqşünas Prezident İlham Əliyevin Azərbaycan idmanının ümumi inkişafından da söhbət açdığını vurğulayıb: “Prezident dedi ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”. Ölkə başçısı, eyni zamanda, 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini və bu müddət ərzində bir çox müsbət məqamların olduğunu xatırlatdı. Qeyd etdi ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey onun gözləri önündən keçib.

Hüquq müdafiəçisi dövlətimizin başçısının çıxışına istinadla deyib ki, ölkəmizdə keçirilən idman yarışları idman növlərini daha da populyarlaşdırır. Bu sahədə bizim zəngin təcrübəmiz var və respublikamızda çox nüfuzlu beynəlxalq yarışlar keçirilib. Həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçən il MDB Oyunlarının paytaxtda yox, bölgələrdə keçirilməsi Azərbaycanın reytinqli turnirlərin keçirilməsinə hazır olmasından xəbər verir. Dövlətimizin başçısı gələcəkdə də qızlarımızın qızıl medal qazanacaqlarına əminliyni ifadə edib.

Ç.Qənizadə dövlətimizin başçısının Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən də söhbət açdığını xatırladıb: “Azərbaycan Prezidenti dedi ki, yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri