Icma.az
close
up
RU
Avropanın ən güclü iqtisadi mərkəzləri

Avropanın ən güclü iqtisadi mərkəzləri

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Mehin Qasımova, Banco.az

Avropanın regional ÜDM göstəricilərinə əsaslanan yeni reytinqi açıqlanıb. Fransanın paytaxtı Parisin yerləşdiyi İl-de-Frans bölgəsi qitənin ən güclü iqtisadi mərkəzi hesab olunur.

Banco.az xəbər verir ki, Avrostat və Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatları əsasında hazırlanan araşdırmada İl-de-Frans bölgəsinin regional ümumi daxili məhsulu (ÜDM) 866 milyard avro olaraq qiymətləndirilib. İkinci yerdə isə 713 milyard avro ÜDM ilə  Böyük London qərarlaşıb.

Siyahıda üçüncü yeri İtaliyanın Lombardiya bölgəsi tutur. Milan şəhərini əhatə edən bölgənin iqtisadi həcmi 505 milyard avro təşkil edir.

Araşdırma göstərir ki, Avropanın iqtisadi gücü əsasən Paris, London, Milan, Münhen və Madrid kimi qlobal əhəmiyyətli şəhərlərin yerləşdiyi məhdud sayda bölgədə cəmləşib.

ÜDM həcminə görə Avropanın ilk 10 iqtisadi mərkəzi:

İl-de-Frans (Paris) – 866 milyard avro Böyük London (London) – 713 milyard avro Lombardiya (Milan) – 505 milyard avro Yuxarı Bavariya (Münhen) – 359 milyard avro Şərq və Midlend (Dublin) – 336 milyard avro Madrid İcması (Madrid) – 316 milyard avro Kataloniya (Barselona) – 302 milyard avro Ron-Alp bölgəsi (Lion) – 299 milyard avro Ştutqart bölgəsi – 285 milyard avro Düsseldorf bölgəsi – 271 milyard avro

Tədqiqatın diqqətçəkən nəticələrindən biri Avropanın aparıcı iqtisadi mərkəzlərinin böyük hissəsinin "Mavi banan" adlandırılan dəhliz boyunca yerləşməsidir. İngiltərənin cənubundan başlayaraq Benilüks ölkələri, Almaniyanın qərbi və Şimali İtaliyaya qədər uzanan bu zolaq uzun illərdir qitənin iqtisadi onurğa sütunu hesab olunur.

Almaniya siyahıda beş bölgə ilə təmsil olunaraq digər ölkələri qabaqlayıb. Münhen, Frankfurt, Ştutqart, Köln və Berlin ətrafındakı bölgələr Avropanın ən böyük iqtisadi mərkəzləri sırasında yer alıb.

Araşdırmada İrlandiyanın Şərq və Midlend bölgəsi də xüsusi qeyd olunur. Dublin şəhərini əhatə edən region 336 milyard avroluq ÜDM ilə bir çox iri Avropa bölgələrini geridə qoyur. Ekspertlər bunu qismən beynəlxalq şirkətlərin Avropa qərargahlarını İrlandiyada yerləşdirməsi və ölkənin vergi siyasəti ilə əlaqələndirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri