Azərbaycan güləşçiləri Türkiyədə daha 6 medal qazanıblar
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər Kuboku" davam edir.
AZƏRTAC xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə Azərbaycanın 6 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kiloqram) gümüş, Abbas Şəfiyev (55 kiloqram) və Elgün Kərimli (92 kiloqram) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kiloqram) Qurban Məcnunov (55 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kiloqram) isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan güləşçiləri yarışın ilk günündə 4 medal qazanmışdılar.
Bu mövzuda digər xəbərlər:Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 6 medal qazanıblar
28 İyun 2025 01:37
Azərbaycan idmançıları Türkiyədə 12 medal qazanıblar
24 Noyabr 2024 15:17
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
08 Fevral 2025 23:58
Azərbaycan güləşçiləri Dağıstanda 3 medal qazanıblar
16 Noyabr 2024 23:25
Baxış sayı:144
Bu xəbər 14 Aprel 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















