Azərbaycan güləşçiləri yeni ilin ilk təlim məşq toplanışına start veriblər
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Güləş üzrə Azərbaycan milli komandaları 2026-cı ilin ilk təlim-məşq toplanışlarına başlayıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Yanvarın 7-11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.
Yunan-Roma güləşi üzrə milli komanda yanvarın 14-dən, sərbəst güləş üzrə yığma isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçiləri ayın 25-dək, sərbəst güləşçilər isə yanvarın 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.
Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.
Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər ilə ilk reytinq turniri sayılan “Zaqreb Open”lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















