Azərbaycan şahmatçıları təlim məşq toplanışına başlayıblar
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdı.
Bir həftə ərzində Azərbaycan komandası Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.
Komandalar arasında Avropa çempionatı 4-15 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 25 Sentyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















