Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan Media Forumu Manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır

Azərbaycan Gürcüstan Media Forumu Manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan-Gürcüstan Media Forumunda "İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusunda panel sessiya keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının "Rəngarəng Gürcüstan" layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva çıxış ediblər.

Paneldə informasiya müharibələri, dezinformasiya kampaniyaları və xarici təsir cəhdləri fonunda media ekosisteminin möhkəmləndirilməsi istiqamətində mövcud təcrübələr müzakirə olunub.

Həmçinin texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

"ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov qeyd edib ki, süni intellekt texnologiyalarının, xüsusilə də generativ süni intellektin inkişafı problemləri daha da artırır:

"Biz generativ süni intellektin hesabına bəşər tarixinin ən önəmli texnoloji inqilablarından birini yaşayırıq. Belə bir şəraitdə, xüsusilə də böhran vəziyyətlərində xəbər telekanalının rəhbəri olmaqdan çətin bir şey yoxdur. Çünki əldə etdiyimiz və ya bizə təqdim olunan məlumatın həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirmək çox çətindir.

Bu, bizim üçün informasiya cəbhəsinin önündə olmaq, tamaşaçı etimadını itirməmək və jurnalist peşəkarlığını qorumaq məsələsidir. Ona görə də generativ süni intellekt dövründə informasiya təhlükəsizliyinin əhəmiyyəti və riskləri daha da artır".

Onun sözlərinə görə, həm Azərbaycanda, həm Gürcüstanda ənənəvi medianın mövqeyinin zəifləməsi ilə rəqəmsal və sosial medianın təsiri artır:

"Bu isə informasiya bolluğu şəraiti yaradır və bunun fonunda biz müəyyən dairələrdən informasiya hücumlarını, saxta xəbərləri, manipulyativ informasiyaların sürətlə yayılmasını müşahidə edirik. Narahatlıq doğuran əsas məqam odur ki, manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır. Bu, dezinformasiyanı artıq bir ictimai təsir metoduna çevirib və insanlar buna daha tez məruz qalırlar. Diqqətimizi bu sahəyə daha çox yönəltməliyik. İnformasiya təhlükəsizliyini təmin etmək üçün cəmiyyəti təhlükəsiz və düzgün məlumatla təmin etməliyik".

Gürcüstanın İctimai Televiziyasının əməkdaşı Ramiliya Əliyeva söyləyib ki, süni intellekt öncə media nümayəndələrinin narahatlığına səbəb olmuşdu:

"Biz düşünürdük ki, o, işlərimizi əlimizdən alacaq, lakin zamanla, inkişaf etdikcə ənənəvi medianın rolunun daha da artdığını görürük. Hesab edirəm ki, süni intellekt qlobal dünyada inkişaf etdikcə lisenziyalaşdırma məsələsi gündəmə gəlir, vacib əhəmiyyət kəsb edir".

O vurğulayıb ki, Gürcüstan mediası da süni intellektdən istifadə edir:

"Süni intellekt vaxt alan işləri qısa müddətdə həll edir. Lakin hər hansı araşdırma zamanı onun verdiyi məlumatların doğruluğuna əmin olmaq lazımdır. Bunun üçün lisenziyalaşdırma və nəzarət vacibdir".

Gürcü televiziya aparıcısı İoane Şaişmelaşvili vurğulayıb ki, əvvəllər dünyadakı iri media qurumlarının bəzilərinin xəbərlərini yoxlamağa belə ehtiyac olmurdu:

"Bunlardan biri BBC idi. Amma BBC-də son vaxtlar Gürcüstan haqqında yayılan xəbər gülüşə səbəb oldu. Hətta ABŞ Prezidenti Donald Tramp haqqında da yalan məlumat yaymışdılar. Sonradan BBC prezidentin videosunun montaj olduğunu etiraf etdi. Azərbaycanla bağlı da dezinformasiyalar yayılırdı. Bu kimi hallar təəssüf doğurur".

MEDİA-nın Hüquq şöbəsinin müdiri Adil Tağıyev isə informasiya təhlükəsizliyinin təmin edilməsinin artıq dövlətlərin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, strateji ictimai sabitliyin və vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsidir:

"Güclü media ekosistemi informasiya təhlükəsizliyinin təmin olunmasının əsas sütunlarından biri hesab olunur. Güclü media həm də peşəkar jurnalistika, faktların araşdırılması və geniş ictimai maarifləndirmə deməkdir. Məhz bu elementlərin bir araya gəlməsi cəmiyyətdə təhrif olunmuş məlumatların qarşısının alınmasına və vətəndaşların düzgün istiqamətləndirilməsinə şərait yaradır".

Panel müzakirə sual-cavab sessiyası ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri