Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan Media Forumu regional inteqrasiyanın mühüm mərhələsidir ŞƏRH

Azərbaycan Gürcüstan Media Forumu regional inteqrasiyanın mühüm mərhələsidir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan-Gürcüstan Media Forumunun keçirilməsi regionda informasiya təhlükəsizliyinin, mediaya sahəsində etimadın və strateji kommunikasiya əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu forum iki qonşu və strateji tərəfdaş ölkənin informasiya mühitindəki çağırışlara qarşı daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu söyləyib.

Onun sözlərinə görə, forum bir neçə istiqamətdə əhəmiyyətli rola malik olmaqla, həm Azərbaycan, həm də Gürcüstanın media institutlarının əməkdaşlığını gücləndirir və regionda informasiya təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir.

“Birincisi, forum dezinformasiya və manipulyasiya risklərinin artdığı dövrdə Azərbaycan və Gürcüstanın media institutları arasında birgə fəaliyyət platforması formalaşdırır. Bu, region ölkələrinin informasiya təhlükəsizliyinə yönəlmiş hibrid təhdidlərə qarşı daha davamlı və operativ reaksiya verməsini təmin edir. İkincisi, tədbir media savadlılığının artırılması, jurnalistlərin peşəkar inkişafı və yeni kommunikasiya texnologiyalarının inteqrasiyası sahəsində təcrübə mübadiləsinin institusional əsasda aparılmasına təkan verir. Bu, həm media orqanlarının fəaliyyət keyfiyyətini yüksəldir, həm də cəmiyyətin informasiyaya etibarlı çıxışını gücləndirir. Üçüncüsü, forum Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının kommunikasiya ölçüsünün genişləndiyini göstərir. Enerji, logistika, ticarət və təhlükəsizlik kimi sahələrdə möhkəm əməkdaşlıq media sahəsində də paralel mexanizmlərin qurulmasını tələb edirdi. Bu forum həmin inteqrasiyanın mühüm mərhələsi hesab oluna bilər. Nəhayət, tədbir regionun informasiya məkanında Azərbaycan və Gürcüstanın daha fəal, koordinasiyalı və proaktiv mövqe sərgiləməsinə, eləcə də qlobal media proseslərinə daha sistemli şəkildə qoşulmasına xidmət edir. Forumun davamlı formatda keçirilməsi iki ölkənin kommunikasiya təhlükəsizliyinin təmin olunması və müasir media mühitinə uyğunlaşması baxımından strateji əhəmiyyət daşıyır”, - deyə Mətbuat Şurasının sədr müavini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri