Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Azərbaycan Gürcüstan əlaqələri dinamik inkişaf edir ŞƏRH

Azərbaycan Gürcüstan əlaqələri dinamik inkişaf edir ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsində Azərbaycan ilə Gürcüstan arasında formalaşan möhkəm dostluq və strateji tərəfdaşlıq zəminində regionda sabitlik və inkişaf hökm sürür. Tarixi, coğrafi və mədəni yaxınlıqla zənginləşən münasibətlər bu gün enerji təhlükəsizliyi, beynəlxalq ticarət, logistika və sülh təşəbbüsləri kimi qlobal əhəmiyyətli sahələrdə özünü büruzə verir. Son dövrlərdə iki ölkə arasında rəsmi səviyyədə keçirilən görüşlərin intensivləşməsi, həmçinin Mixeil Kavelaşvilinin Gürcüstan prezidenti seçildikdən sonra ilk rəsmi səfərini məhz ölkəmizə etməsi qarşılıqlı əlaqələrin daha da möhkəmləndiyinin göstəricisidir.

Məlumdur ki, SSRİ-nin dağılması ilə eyni dövrdə müstəqillik qazanan Azərbaycan və Gürcüstan 1992-ci ildən etibarən diplomatik əlaqələr quraraq birgə inkişaf yoluna qədəm qoydu. Həmin dövrdən bu tərəflər qarşılıqlı dəstəyə əsaslanan siyasi münasibətlər formalaşdırıb, BMT, ATƏT, GUAM və QDİƏT daxil olmaqla bir çox regional təşkilatlarda birlikdə iştirak ediblər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyib, Azərbaycan da eyni prinsipial mövqeni rəsmi Tbilisi üçün nümayiş etdirib. Dövlət başçıları səviyyəsində sıx təmaslar strateji münasibətlərin möhkəm təməl üzərində qurulduğunu sübut edir. Prezident İlham Əliyev ilə Gürcüstan rəhbərliyi arasında qarşılıqlı anlaşma və siyasi sinxronizasiya regional diplomatiyanın uğurlu nümunəsidir. "Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik - və müstəqillik dövrünə nəzər salsaq, görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz - Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır". Bu fikirləri aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev səsləndirib. Bu, rəsmi Bakı və Tbilisi arasında münasibətlərin yalnız keçmişə deyil, həm də parlaq gələcəyə yönəldiyini göstərən aydın mesajdır.

Öz növbəsində Gürcüstan hökuməti üçün Prezident İlham Əliyevin daxili və xarici siyasətdə atdığı addımlar presedent rolunu oynayır. Bu il yanvarın 17-də ölkəmizə səfər edən Gürcüstanın baş naziri İrakli Kobaxidze cənab İlham Əliyevin rəsmi Tbilisi üçün nümunə Lider olduğunu vurğuladı, ölkə başçımıza gürcü xalqının ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə təşəkkür etdi. Mütənasib xətt üzrə inkişaf edən münasibətlər hər iki ölkənin bir-birinə olan hörmət və etimadını daha da gücləndirərək Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik, inkişaf perspektivlərini təmin edir. Ötən həftə Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında baş tutan görüş tərəflərin regional inteqrasiya və təhlükəsizlik məsələlərində ümumi baxışa sahib olduğunu təsdiqlədi. Görüşdə Orta Dəhlizin genişləndirilməsi, enerji əməkdaşlığı və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması məsələləri müzakirə edildi. Azərbaycan-Gürcüstan münasibətlərinin mərkəzində heç şübhəsiz enerji və ticarət məsələləri dayanır. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi mühüm layihələr təkcə iki ölkənin deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan Gürcüstan üzərindən müxtəlif ölkələrə təbii qaz ixrac edir və bu tranzit əməkdaşlıq ildən-ilə güclənir. Azərbaycanın Gürcüstana yatırdığı sərmayənin ümumi həcmi isə 3,6 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsi 1,3 milyard dolları keçərək Bakı və Tbilisi arasında iqtisadi əlaqələrin yüksəlişini göstərir. Hazırda Azərbaycan Tbilisinin beşinci ən böyük ticarət tərəfdaşıdır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz XXI əsrin ən mühüm logistik layihələrindən biridir. Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Gürcüstan vasitəsilə Avropaya daşınmasını təmin edən marşrut Rusiya-Ukrayna müharibəsi fonunda daha da aktuallaşıb. Bu dəhlizin mühüm sütunlarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu və Gürcüstanın Batumi və Poti limanları vasitəsilə yüklər Avropaya çatdırılır. Həmçinin "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi kimi yeni layihələr regionun qlobal enerji keçidində aparıcı rola sahibdir. Azərbaycan və Gürcüstan arasında təkcə iqtisadi deyil, mədəni-humanitar sahədə də nümunəvi əməkdaşlıq qurulub. SOCAR və Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələr, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri, mədəniyyət mərkəzlərinin yaradılması iki xalq arasında dostluğu daha da möhkəmləndirir. Gürcüstanda Azərbaycan dilində mətbuat orqanlarının fəaliyyəti, Tbilisidə Heydər Əliyev adına Dram Teatrının fəaliyyəti və azərbaycanlı gənclərin təhsil imkanlarının SOCAR tərəfindən dəstəklənməsi, mədəni inteqrasiyanın strateji xətt olduğunu sübut edir.

Cənubi Qafqazın sabitliyi üçün rəsmi Bakı və Tbilisi sülh təşəbbüslərinin önündə gedir. Gürcüstan Ermənistan və Azərbaycan arasında dialoqun təşviqində neytral vasitəçi qismində çıxış edir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Prezident Mixeil Kavelaşvilinin bəyanatları bu mövqeni açıq şəkildə ifadə edir. Bu kontekstdə Ermənistanın konstitusiyasında dəyişikliklər etməsi və ərazi iddialarından əl çəkməsi Cənubi Qafqazın ümumi inkişafına yönəlik proseslərə qoşulması üçün şərtdir. Azərbaycan Prezidenti İlham Əliyev bu yanaşmanı açıq şəkildə ifadə edərək əməkdaşlığın real əsaslara dayanmasının vacibliyini vurğulamışdır. Rəsmi Tbilisi də ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan müstəqilliyin bərpasından sonra daima qarşılıqlı dəstək nümayiş etdiriblər. Belə ki, 2008-ci ilin yanvar ayında Gürcüstan ciddi enerji böhranı ilə üz-üzə qaldı. Qonşu Rusiya ilə siyasi münasibətlərin gərginləşməsi nəticəsində Gürcüstana nəql edilən qaz tamamilə dayandırıldı. Nəticədə ölkə bir neçə həftə ərzində qazsız və elektrik enerjisiz qaldı. Bu böhran, xüsusilə sərt qış aylarında əhali və iqtisadiyyat üçün ciddi çətinliklər yaratdı. Gürcüstanın enerji təhlükəsizliyində yaranan boşluq təcili şəkildə müdaxilə tələb edirdi. Məhz bu məqamda Azərbaycan özünü etibarlı və məsuliyyətli qonşu kimi göstərdi. Rəsmi Bakı Gürcüstana təcili enerji yardımı göndərərək həm təbii qaz, həm də elektrik enerjisi tədarükü həyata keçirildi. Azərbaycan qazı Ermənistana nəql edilən Rusiya qazından daha ucuz qiymətlə Gürcüstana təqdim olundu. Həmin dövrdə Rusiya qazının 1 000 kubmetr üçün təklif etdiyi qiymət 235 ABŞ dolları olduğu halda, Azərbaycan bu qazı Gürcüstana 120-140 dollar civarında təqdim edirdi. Bu, Tbilisinin büdcəsi üçün nəzərəçarpacaq iqtisadi yüngüllük yaratdı. Bakı Gürcüstanın regional sabitliyindəki rolunu anlayaraq ölkənin enerji təminatında sabit tərəfdaş olduğunu nümayiş etdirdi. Bu əməkdaşlıq iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində yeni mərhələnin başlanğıcı oldu. Bundan əlavə, Azərbaycan Gürcüstanın daxili siyasi sabitliyinin qorunmasında da mühüm rol oynadı. Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Qərbin bir sıra açıq və gizli müdaxilələrinə qarşı Azərbaycan bu ölkənin daxili işlərinə hörmət prinsipini dəstəklədi və rəsmi Tbilisinin haqlı mövqeyinə dəstəyini ifadə etdi. Gürcüstanda yaşayan təxminən 300 minə yaxın azərbaycanlı seçici hakim "Gürcü Arzusu" partiyasının seçkidə qələbə qazanmasında həlledici faktor kimi çıxış etdi. Bu elektorat, xüsusilə sülh, sabitlik və sosial rifah vədlərinə səs verərək bölgədəki geopolitik tarazlığın qorunmasında mühüm rol oynadı. Beləliklə, istər 2008-ci ildəki enerji böhranı, istərsə də sonrakı illərdəki siyasi proseslər zamanı Azərbaycan-Gürcüstan əlaqələri sadəcə ikitərəfli münasibətlər çərçivəsində deyil, regional təhlükəsizlik və inteqrasiya baxımından strateji əhəmiyyət kəsb edən tərəfdaşlığa çevrildi.

Ən əsası, bugünkü reallıq isə onu göstərir ki, Azərbaycan və Gürcüstan artıq, eyni zamanda Avrasiyanın enerji və nəqliyyat xəritəsini formalaşdıran iki əsas strateji mərkəzdir. Hər iki ölkə öz siyasətini milli maraqlara əsasən müəyyənləşdirir. Bu isə onları regionun sabitlik sütununa çevirir. Azərbaycanın Gürcüstan vasitəsilə Avropaya açılan pəncərəsi siyasi iradənin, strateji baxışın və ortaq gələcək arzusunun simvoludur.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri