Azərbaycan Gürcüstan parlamentləri arasında nümunəvi dostluq münasibətləri var
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 3 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iyunun 3-də Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Gürcüstan parlamentinin təhsil və elm komitəsinin sədri Givi Mikanadze ilə görüşüblər.
Görüşdə çıxış edən G.Mikanadze deyib ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri daim inkişaf edir. Son 6 ayda ölkələrimizin parlamentlərarası dostluq qrupları və komitə sədrləri arasında yeddi görüş keçirilib. Azərbaycan parlamentinin sədri Gürcüstana səfər edib. Keçirilən görüşlərdə bir sıra önəmli məsələlər müzakirə olunub. Bu gün Gürcüstan ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər nümunədir.
Azərbaycan parlamentinin Gürcüstan parlamenti ilə əlaqədar üzrə dostluq qrupunun və parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Arzu Nağıyev isə bildirib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, əlaqələrin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarının xüsusi rolu var. Yaranmış şərait parlamentlərarası münasibətlərin daha da möhkəmləndirilməsinə və inkişafına imkan verir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri elə həmin gün Tbilisidə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















