Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib AZƏRTAC

Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti qeyd edilərək, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında yer aldığı bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyev də həmişə gürcüstanlı həmkarları ilə keçirdiyi görüşlərdə bu məsələləri xüsusi qeyd edir.

Sahibə Qafarova qonşu xalqlar olaraq, azərbaycanlıların və gürcülərin həmişə dostluq şəraitində yaşadıqlarını, bizi birləşdirən ortaq dəyərlərimizin olduğunu və bu dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə inkişaf edən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qanunverici orqanlarımız ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq edir. O cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində də qarşılıqlı dəstək mövcuddur. S.Qafarova Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı məsələyə münasibətdə Gürcüstan nümayəndə heyətinin göstərdiyi dəstəkdən məmnunluğunu bildirib.

Görüşdə hər iki ölkənin parlamentinə seçkilərdən sonra yeni tərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadze Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdırıb. Qonaq Prezident İlham Əliyevin tarixi şəxsiyyət olduğunu, onun rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib.

O, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Givi Mikanadze ölkələrimiz arasında böyük dostluq əlaqələrinin mövcud olduğunu, bəzi "dostlar"ın Azərbaycan və Gürcüstanın bir yerdə olmasından narahatlıq keçirdiyini söyləyib. O, Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq Gürcüstanda keçirilən həm parlament, həm də prezident seçkilərindən sonra ilk təbriklərin də Azərbaycandan gəldiyini qeyd edib.

Komitə sədri Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə də bir-birini dəstəklədiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimizə qarşı mövcud olan ikili standartlara qarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri