Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan qatarlarının hərəkəti nə zaman bərpa olunacaq?

Azərbaycan Gürcüstan qatarlarının hərəkəti nə zaman bərpa olunacaq?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlin sonunadək Azərbaycanla Gürcüstan arasında dəmiryolunda sərnişindaşımanın bərpa olunacağına dair iddialar yayılıb. Lakin hələ də bu istiqamətdə addım atılmayıb.

Bu istiqamətdə hər hansı hazırlıq işlərinin gedib-getmədiyi maraq doğurur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər iki ölkə arasında sərnişin qatarlarının gediş-gəlişi ilə bağlı məsələ quru sərhədlərin bağlı olması ilə əlaqədardır:

“Koronavirus infeksiyasının ölkə ərazisində yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq istiqamətlərdə sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”.

Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov saytımıza açıqlamasında qeyd edib ki, sərhəd-gömrük sərnişin nəqliyyatı qaydaları və digər məsələlər hələ dəqiqləşdirilməyib:

“Azərbaycanla Gürcüstan dəmir yolları arasında artıq uzun zamandır ki, qatarların fəaliyyəti dayandırılıb. 2025-ci ildə reyslərin yenidən işə düşəcəyi ilə bağlı münasibət vardı. Ancaq hələ bu məsələ həllini tapmayıb. Qatar reyslərinin bərpası üçün texniki və inzibati hazırlıqlarla bağlı işlərin görülməsinə ehtiyac var. Gürcüstan tərəfi qeyd etmişdi ki, onlar tərəfindən bu işlərə başlanılıb və Azərbaycan tərəfində də müvafiq idarə bu məsələ ilə məşğuldur. Bu mənada həm də sərhəd-gömrük sərnişin nəqliyyatı qaydaları və digər məsələlər də hələ dəqiqləşdirilib razılaşdırılmayıb. Bunlar texniki məsələlərdir. Əsas olaraq, qarşılıqlı şəkildə sərnişin qatarlarının gediş-gəlişi daha çox insanları düşündürür. Bununla bağlı hökumətdən hər hansı məlumat verilməyib”.

V.İskəndərov vurğulayıb ki, quru sərhədlərin bağlı qalmasının səbəblərini ən dərindən dövlət başçısı və müvafiq orqanlar bilir:

“Sərhədlərin bağlı qalmasının səbəbləri bir neçə aspektdən izah edilib. Cənab Prezident parlamentdəki çıxışında da bu məsələyə toxunub. Sözün əsl mənasında bu, ölkə başçısının bir çox məsələləri uzaqgörənliklə bilməsi, düşünməsi, baş verə biləcək hansısa hadisələrin qarşısının preventiv olaraq alınması ilə bağlıdır. Elə məsələlər var ki, ölkə başçısı və müvafiq orqanlar bunları daha dərindən bilir və bunun üçün vacib addımları atır. Hazırda Azərbaycan dövlətinin ümdə vəzifəsi dövlətimizin, əhalimizin təhlükəsizliyinin təmin edilməsidir.
Hər halda sərhədlərin açılması, eləcə də Gürcüstana sərnişin qatarlarının gediş-gəlişinin təmin olunması istiqamətində vaxtın elan ediləcəyi ehtimalı yaxın günlərdə görünmür. Amma hazırlıqların başlanması, texniki işlərin görülməsi bu məsələnin öz həllini tapacağını göstərir. Hökumət lazım olan anda bununla bağlı qərar verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri