Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan deyil

Azərbaycan Gürcüstan deyil

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bayden administrasiyasının riyakar cəhdlərinin qarşısı alınacaq

Dekabrın 9-da ABŞ Dövlət Departamentində Dövlət Katibi Antoni Bilenkenin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş mükafatlandırma mərasimi olub.

Departamentin məlumatına görə Birləşmiş Ştatlar korrupsiyaya qarşı mübarizədə əlamətdar addımlar atmış şəxsləri tanımaq və ABŞ-ın bu qəhrəman tərəfdaşlarla həmrəyliyini nümayiş etdirmək üçün 2021-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Çempionları Mükafatını təqdim edib.

Builki mükafatçılar arasında Azərbaycandan "Abzas Media" nın baş redaktoru Sevinc Vaqifqızıdır da var.

Bu həmin "Abzas Media"dır ki, qurumun əməkdaşları külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. "Demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq etdikləri bəlli olan şəxslər ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri ilə əməkdaşlığa cəlb olunublar. Onlar, həmçinin "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək üçün əlaqə yaradıblar. Beynəlxalq donorların bu cür "jurnalistlər" vasitəsilə Azərbaycana qarşı hücuma keçməsi onların əsl mahiyyətini üzə çıxarır. Digər tərəfdən o da məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər də bu cür qanunsuz əməllərin iştirakçısına çevrilib.

İndi ABŞ onun qrantını özünə qarant hesab edib anti-Azərbaycan təbliğatı aparmaqla müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb olunanları mükafatlandlrmaqla, onları "qıhrəmanlaşdırır".

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov "Xalq Cəbhəsi"nə deyib ki, korrupsiya ilə bağlı araşdırmalar ABŞ-ın özündə aparılmalıdlr. Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, amma bu barədə heç kim yazmır, kimsəyə mükafat verilmir.

Əvəzində Bayden öz cinayətkar oğlunu azad etdirir. Bu, Bayden administrasiyasınln siması olmaqla yanaşı, həm də ayrı ayrı ölkələrdə hüquq müdafiəçisi adı altında verilən mükafatların əsl mahiyyətini göstərir.

Xatırladaq ki, hələ 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfi Co Baydeni ona qarşı korrupsiya təhqiqatına başlayacağı ilə hədələyib. Tramp bunu Texasda keçirilən mitinqdə çıxış edərkən söyləyib.

O hesab edib ki, Konqres Respublikaçıların nəzarətinə qayıdan kimi, təhqiqat başlayacaq: “Əmin olun ki, Respublikaçılar Konqresdəki mövqeyini qazandıqdan sonra, Baydenin korrupsiya əməlləri araşdırılacaq və ifşa olunacaq. Baydenlərin Çindən götürdüyü milyonlarla dollar izah edir ki, Çin Kommunist Partiyası niyə bizə və dünyanın qalan hissəsinə yayılan virusa görə məsuliyyətə cəlb edilmədi”.

Ötən il Nümayəndələr Palatasının Nəzarət Komitəsinin rəhbəri Ceyms Komer də Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Reyə istinad edərək bəyan edib ki, o, Baydenin korrupsiyada iştirakını təsdiq edən sənədlərin (forma FD-1023) mövcudluğunu göstərəcək.

Komer daha əvvəl də ABŞ Prezidenti və ailəsinin Çindən milyonlarla dollar aldığını bildirib.

Hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, Respublikaçılar Partiyasının üzvləri tərəfindən toplanan məlumatlar ABŞ Prezidenti Co Baydenin impiçmenti məsələsini qaldırmağa imkan verir.

"Əgər indiyə qədər toplaya bildiyimiz məlumatları qiymətləndirsək, impiçment proseduru təbii addım olardı" – deyə o, "Fox News"a müsahibəsində söyləyib.

Makkarti, həmçinin bildirib ki, respublikaçıların fikrincə, demokratın ailəsi "korrupsiya mədəniyyəti" ilə məşğuldur.

Bundan əvvəl, Amerika liderini korrupsiyada ittiham edən Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin açıqlamalarından sonra ABŞ Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrinin Baydenə qarşı təhqiqata səslədiyi xəbər verilmişdi.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Bayden ailəsindəki korrupsiya faktlarının dillərdə əzbər olduğunu, lakin ABŞ administrasiyasının təzyiqi ilə istənilən təhqiqatın nəticəsiz yekunlaşdığını deyib.

F.Kərimov onu da qeyd edib ki, Ağ Evin hazırkı rəhbəri oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı olmadığına baxmayaraq atası vəzifəsindən sui-istifadə edərək onu azad edib. ABŞ Prezidenti Co Baydenin vəzifəsindən sui-istifadə edərək həbsdə olan oğlu Hanter Baydeni azadlığa buraxması dünya mediasının müzakirə mövzusuna çevrilib. Böyük qalmaqala dönən bu məsələ ilə bağlı müxtəlif fikirlər söylənilir.

Xatırladaq ki, ABŞ məhkəmələri tərəfindən 2018-ci ildən Hanter Baydenin vergidən yayınması və qanunsuz silah saxlaması ilə bağlı araşdırma aparılıb və qərar çıxarılıb. Belə ki, 2023-cü ildə ABŞ-nin Delaver ştat məhkəməsində hakimlər kollegiyası Hanter Baydeni silah alışı məsələsində təqsirli bilib. 54 yaşlı şəxs 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilib. Bayden ittiham aktının hər 3 maddəsi üzrə təqsirli bilinib.

Co Bayden isə məhkəmədən öncə, oğlunun təqsirli bilindiyi halda onu əfv etməyəcəyini açıqlamışdı. Ümumiyyətlə, ABŞ tarixində korrupsiya, rüşvət və digər dövlət cinayətlərində günahlandırılan prezidentlər yetərincədir. Ancaq ABŞ və dünya mətbuatı konkret olaraq Co Bayden haqqında araşdırmalarda onu hər zaman "kriminal ailə başçısı" kimi təqdim edib.Yerli medianın yazdığına görə, Bayden dünya mediasında yalnız psixi durumu, müəmmalı davaranışları, hər gün törətdiyi növbəti rəsmi protokol qalmaqalı ilə deyil, həm də ailəsinin və şəxsən özünün cinayətləri ilə manşetləri "bəzəyir". Baydenlər "zəngin" kriminal keçmişə və müasir cinayətkar fəaliyyətə malikdirlər. Bu ailənin kriminal "inciləri" ən məşhur mafiya, narkobaron ailələrinin cinayətləri ilə yarışmağa hazırdır.

Hələ Barak Obamanın hakimiyyət illərində ABŞ-nin vitse-prezidenti olan Baydenin oğlu Hanter Ukraynada nüfuz lobbiçiliyi vasitəsilə milyonlarla dollar qanunsuz vəsait qazanıb. Məsələn, o, ən böyük müstəqil qaz istehsalçısı olan "Burisma Holdings"dən beş il ərzində 3-5 milyon dollar arasında vəsait mənimsəyib. Eyni zamanda ABŞ-dəki təsir vasitələrindən istifadə edərək kredit anlaşması adı ilə on milyonlarla dollar vəsait əldə edib. Özü də bu prosesdə bütün tərəfləri şantajla təhdid edib. Ukraynanın kabusuna çevrilən Baydenin oğlunun qanunsuz əməlləri daha geniş miqyas alanda Ukraynanın baş prokuroru Viktor Şokin Hanter barədə cinayət işi açıb. Bu məqamda prosesə "Xaç atası" - ata Bayden müdaxilə edib. Ukrayna rəhbərliyinə şantajları nəticəsində baş prokurorun vəzifədən azad edilməsinə nail olub.

Ukraynadakı gizli laboratoriyaları da hədəfə götürən Hanter Bayden qanunsuz nüfuz lobbiçiliyi ilə ABŞ Müdafiə Nazirliyinin podratçısı "Black&Veatch" ilə patogenlərin tədqiqi üzrə əməkdaşlıq edən "Metabiota" tibb şirkətinə ABŞ hökuməti ilə çoxmilyonluq müqavilə bağlamağa "kömək" edir. Qanunsuz pul dövriyyəsinin 50 milyon dollara yaxın olduğu barədə rəsmi məlumat verilir. Fakt aşkar olunanda istintaqı ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) öz üzərinə götürür. Lakin Co Baydenin müdaxiləsi ilə istintaqa məlum olan məlumatlar gizlədilir. Bir müddət sonra isə istintaq materialları "məxfi" qrifi ilə arxivə atılır.

F.Kərimov onu da vurğulayıb ki, belə bir korrupsiyaya batan Bayden admninistrasiyasının Azərbaycanda cinayət törətdiyinə görə barələrində həbs qətimkan tədbiri seçilən bir qrupun üzvünü mükafatlandırması məntiqsizlikdir. Bayden administrasiyası müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda manqurtları, xəyanətkarları, mənəviyyatsızları tapıb pul müqabilində əməkdaşlığa cəlb edir, sonra da öz xalqına və dövlətinə qarşı riyakarlığa görə onları mükafatlandırır, qəhrəmanlaşdşrır.

Ancaq Bayden administrasiyası da, digərləri də bilməlidirlır ki, Azərbaycanda bu oyunlar keçməyəcək. Azərbaycan Gürcüstan deyil, burada kənar müdaxilələrə qarşı effektiv mexanizmlər möbcuddur və bundan sonra da belə riyakar cəhdlərin qarşısı alınacaq.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see181

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri