Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərbaycan Gürcüstan strateji əməkdaşlığı: Fəal siyasi dialoq

Azərbaycan Gürcüstan strateji əməkdaşlığı: Fəal siyasi dialoq

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana etdiyi səfər bir çox yönləri ilə önəmli mahiyyət daşıyır. İlk növbədə bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının, ölkəmizin maraqlarının onlar üçün də əhəmiyyətli olmasının növbəti göstəricisi kimi simvolik əhəmiyyət kəsb edir. Bunu İrakli Kobaxidze ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi vurğulamışdır: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

Əlbəttə ki, qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki dövlət bir-birləri ilə olan ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə lazım olan bütün addımları gerçəkləşdirirlər. Elə bu ali niyyətin, fəal siyasi dialoqun nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün parametrlərlə uğurlu həllinə imza atılıb, bütün istiqamətlərdə – müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nəaliyyətlər var.

Gürcüstanda yarım milyondan çox azərbaycanlı yaşayır. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan da yanaşmaq lazımdır. Gürcüstan hakimiyyətinin onlara həssas münasibət sərgiləməsi iki qonşu dövlətin arasında olan dostluğu qüvvətləndirən amillər sırasındadır. Həm oradakı azərbaycanlıların dinc və rahat yaşayışı, həm dövlətimizin maraqları baxımından kimin hakimiyyətdə olmasının bizim üçün xüsusi əhəmiyyəti var. Bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqı ilk növbədə, bu meyllərə uymayaraq müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmağa çalışan “Gürcü Arzusu” partiyasına səs verməklə iqtidarının qalibiyyətinin daha uğurlu seçim olduğunu təsdir elədi. Bunu seçkilərdən az sonra Gürcüstanın baş naziri İrakli Kobaxidziyə ünvanladığı məktubda cənab Prezident İlham Əliyev də geniş vurğulamışdır. Seçkilərdən sonra isə Gürcüstanın baş nazirinin Azərbaycana gəlişi bu mənada, mənəvi birlik, mənəvi yaxınlıq niyyətindən irəli gələn məqamı özündə ehtiva eləyir. Bunu İrakli Kobaxidze də iki ölkə arasında qardaşlıq münasibətlərindən bəhs etdiyi zaman qeyd etmişdir: “Əminik ki, bu qardaşlıq bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik”.

Azərbaycan Gürcastanla strateji müttəfiqliklərdir, tərəflər həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Sups, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Ölkə başçısı mətbuata verdiyi açıqlamasında bildirdi ki, “Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.

Görüşdə müzakirə olunan Orta Dəhliz layihəsi hər iki ölkənin mənafeyinə uyğun məsələlərdən biri kimi təqdir olunmalıdır. Çünki bu layihədə hər iki ölkə yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Təbii ki, qonşu dövlətlərin də burada iştirakı olacağı şübhəsizdir. Çünki layihənin coğrafiyası böyükdür. Əsas məqam budur ki, bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayacaq.

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 20 Yanvar 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri