Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Azərbaycan Gürcüstan əməkdaşlığı Orta Dəhlizin strateji rolunu gücləndirir ŞƏRH

Azərbaycan Gürcüstan əməkdaşlığı Orta Dəhlizin strateji rolunu gücləndirir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq fonunda Orta Dəhlizin əhəmiyyətinin artması regionun iqtisadi və geosiyasi mənzərəsində yeni reallıqlar formalaşdırır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ilə Gürcüstan arasında formalaşmış möhkəm siyasi dialoq və qarşılıqlı etimad mühiti regionun ən uğurlu əməkdaşlıq modellərindən biri kimi çıxış edir.

“Bu münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda Avrasiya məkanında nəqliyyat və logistika sistemlərinin inteqrasiyasına xidmət edən mühüm platformaya çevrilib. Xüsusilə Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərq ilə Qərb arasında alternativ, təhlükəsiz və səmərəli ticarət xətti kimi strateji əhəmiyyət qazanmaqdadır. Son illərdə qlobal geosiyasi proseslər, beynəlxalq ticarət marşrutlarında yaranan risklər və təchizat zəncirlərində müşahidə olunan fasilələr Orta Dəhlizə marağı əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələri və Gürcüstanın Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxışı vahid logistika zəncirində bir-birini tamamlayan əsas həlqələr kimi çıxış edir. Bu gün Orta Dəhliz təkcə iqtisadi layihə deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm geosiyasi platformadır. Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyəti nəticəsində bu marşrutun etibarlılığı daha da artır və beynəlxalq tərəfdaşlar üçün cəlbedici alternativə çevrilir”, - deyə A.Camal vurğulayıb.

İctimai birlik sədri bildirib ki, Orta Dəhlizin inkişafında rəqəmsallaşma və innovativ həllərin tətbiqi xüsusi rol oynayır. Gömrük prosedurlarının sadələşdirilməsi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və “yaşıl dəhliz” mexanizmlərinin tətbiqi yükdaşımaların sürətini artıraraq marşrutun rəqabət qabiliyyətini yüksəldir. Bu isə Orta Dəhlizi digər alternativ marşrutlarla müqayisədə daha üstün mövqeyə çıxarır.

A.Camal əlavə edib ki, Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində qurulan əməkdaşlıq da nəqliyyat layihələrini tamamlayan mühüm amillərdəndir: “Regiondan keçən neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu da Orta Dəhlizin geoiqtisadi əhəmiyyətini daha da artırır. Enerji və nəqliyyat infrastrukturlarının paralel inkişafı isə bölgədə inteqrasiya proseslərini sürətləndirir. Qarşıdakı dövrdə Orta Dəhlizin potensialından maksimum istifadə etmək üçün iştirakçı ölkələr arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, vahid tarif siyasətinin formalaşdırılması və multimodal daşımaların genişləndirilməsi əsas prioritetlərdən olmalıdır. Bu istiqamətdə atılan addımlar region ölkələrinin qlobal ticarət sistemində mövqelərini daha da möhkəmləndirəcək”.

Aqil Camal vurğulayıb ki, ortaq dəyərlərə, qarşılıqlı hörmətə və uzunmüddətli tərəfdaşlığa əsaslanan Azərbaycan–Gürcüstan münasibətləri Orta Dəhlizin davamlı inkişafının əsas təminatıdır. Onun fikrincə, bu əməkdaşlıq modeli gələcəkdə daha geniş coğrafiyanı əhatə edərək Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına və regional rifahın artmasına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri