“Azərbaycan Gürcüstana 3,1 milyard sərmayə qoyub” Gürcü nazir
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Azərbaycan Gürcüstan iqtisadiyyatına ümumilikdə 3,1 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Məryəm Kvrivişvili Kaxetidə keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda məlumat verib.
Bakupost.az xəbər verir ki, nazirin sözlərinə görə, Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. O bildirib ki, 2025-ci ildə Türkiyə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasında yeddinci yeri tutub.
Məryəm Kvrivişvili Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında enerji, logistika və ticarət sahələrində əməkdaşlıq Cənubi Qafqaz regionunun inkişafına mühüm təsir göstərir.
Rəsmi Tiflisin mövqeyinə əsasən, Bakı ilə tərəfdaşlıq yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda regionun enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və tranzit imkanlarının genişlənməsi baxımından da strateji əhəmiyyət kəsb edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib
27 Fevral 2026 21:35
Gürcü deputat: Azərbaycan Prezidenti Gürcüstana sarsılmaz dəstəyini ifadə etdi
16 Aprel 2025 19:44
“Azərbaycan Gürcüstana 3,6 milyard ABŞ dollar həcmində sərmayə yatırıb”
16 Yanvar 2025 17:13
Ermənistandan Gürcüstana jest: Gürcü döyüşçünü Rusiyaya vermədi
09 Oktyabr 2025 15:21
Azərbaycan Gürcüstana daha çox sərmayə yatırmaqda maraqlıdır Baş nazir
17 Yanvar 2025 12:35
Baxış sayı:107
Bu xəbər 27 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















