Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar”.
Banco.az xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Baş nazir qeyd edib ki, yüksək səviyyəli siyasi dialoqun dinamikası əməkdaşlığımızın möhkəmlənməsində aparıcı rol oynayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana baş tutmuş dövlət səfəri və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin may ayında WUF13 çərçivəsində Azərbaycana səfəri xüsusi önəm daşıyır: “Bu səfərlər və əldə olunmuş razılaşmalar münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləmiş və əməkdaşlığımızın müxtəlif sahələr üzrə dərinləşməsinə əlavə impuls verib. Beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birimizi dəstəkləmişik. Xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyimizi vurğulamaq istərdim”.
Əli Əsədov əlavə edib ki, ticarət-iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və ardıcıl şəkildə genişlənir: “Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəmiz 42% artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 milyard dollara yaxınlaşıb. İnvestisiya sahəsində əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Belə ki, Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb”.
apa
Baxış sayı:88
Bu xəbər 30 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















