Azərbaycan Gürcüstanın tikinti sektorunda ən iri investor olub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ilin yanvar-sentyabr aylarında Gürcüstanın tikinti sektoruna 62 milyon 538 min ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə sərmayələrin həcmi 37 dəfə artıb.
İnvestisiyaların 26,1 milyon ABŞ dolları və yaxud 42%-i Azərbaycandan daxil olub. Azərbaycan bu göstərici ilə hesabat dövründə Gürcüstanın tikinti sahəsinə ən çox sərmayə qoymuş ölkələrin ilk beşliyində birinci yeri tutub.
İlk beşliyə Azərbaycanla yanaşı Rusiya (11,7 milyon ABŞ dolları), Ukrayna (10,9 milyon ABŞ dolları), Türkiyə (9,5 milyon ABŞ dolları) və Slovakiya (4,3 milyon ABŞ dolları) daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 09 Yanvar 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















