Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncüdür AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 19 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın ixracatında ən çox pay sahibi olan üçüncü ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, birinci yerdə 1 milyard 166,1 milyon dollarla Qırğızıstan, ikinci yerdə isə 795,4 milyon dollarla Qazaxıstan dayanır. Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsində ixracatın həcmi isə 664,4 milyon dollar təşkil edib.
İdxalata gəlincə, qeyd olunan dövrdə Gürcüstanın ən çox mal və məhsul idxal etdiyi ölkələr siyahısında ilk üçlükdə 2 milyard 500,9 milyon dollarla Türkiyə qərarlaşıb. 1 milyard 828,5 mln. dollar ilə ABŞ ikinci, 1 milyard 635,5 milyon dollar ilə isə Rusiya üçüncü yerdə qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















